Dünyanın ən yaxşı baş məşqçilərinin siyahısı açıqlanıb.
Football-plus.az xəbər verir ki, 500 mütəxəssisin yer aldığı cədvəldə Azərbaycanın 2 klubunun çalışdırıcısı təmsil olunub.
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 169-cudu. Rumıniyalının hesabında 1639 xal var. O, son bir ayda bir addım geriləyib.
Qurban Qurbanov 1595 xala malikdi. “Qarabağ”ın baş məşqçisi dünyanın 218-cisidi. 50 yaşlı mütəxəssis son bir ayda 8 pilləlik sıçrayışla irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2201) başçılıq edir. Yurgen Klopp (2129) ikinci, Antonio Konte (2091) üçüncüdü.