Kriştiano Ronaldo Çempionlar Liqasında oynamaq naminə “Mançester Yunayted”i tərk etməkdə qərarlıdı.
"Football-plus.az" xəbər verir ki, ulduz futbolçu bir sıra variantlar qüvvədən düşəndən sonra yenidən “Real”da oynamaq istəyib. “Marka” qəzetinin xəbərinə görə, agenti Jorje Mendeş müştərisinin xidmətini İspaniya nəhənginə təklif edib. Lakin 37 yaşlı Kriştiano sabiq klubundan rədd cavabı alıb.
Xatırladaq ki, ulduz futbolçu “Real”da 2009-18-ci illərdə çıxış edib.