Kavani İspaniya klubu ilə anlaşıb, amma...

21.07.2022 20:07 321
Dünya futbolu
Nəhayət, Edinson Kavaninin yeni iş yerinə aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”i azad agent kimi tərk edən məşhur futbolçu “Vilyarreal” ilə anlaşıb. Ancaq İspaniya klubu onunla müqaviləni rəsmiləşdirmək üçün Pako Alkaseri satmalıdı. Əks halda “Vilyarreal” Kavani və ya digər yeni oyunçunu maliyyə çətinliyi səbəbindən sıralarına qata bilməyəcək. Komandadan ayrı məşq edən Alkaserin satılmaq ehtimalı yüksəkdi. O, isə hələ ki özünə yeni klub tapa bilməyib.