• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Latviyadakı 6 aylıq karyeramda ancaq xoş anlar yaşadım” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

2-07-2022, 17:0

"Sabah"ın üzə çıxardığı perspektivli gənclərdən biri də Şakir Seyidovdu.

Ötən mövsümü icarə əsasında Latviya "Dauqavpils"ində keçirən 21 yaşlı müdafiəçi növbəti mövsüm icarə əsasında "Turan Tovuz"da oynayacaq. Dünən onunla əlaqə saxlayıb bu və başqa mövzularla bağlı söhbətləşdik.

- Peşəkar karyerana "Sabah"da başladın. Bu klub sənə nələr qazandırdı?

- 2017-ci ildən "Sabah"ın üzvüyəm. Bu komandada bir çox ilklərə imza atmışam. Premyer-liqada debütüm, ilk qolum... Futbolçu kimi inkişafımda, təcrübə toplamağımda "Sabah"ın danılmaz rolu var. Ona görə "Sabah" mənim üçün tək klub yox, həm də doğma məkandı.

- Ötən mövsümü icarə əsasında "Dauqavpils"də keçirməklə ilk dəfə legioner həyatı yaşadın. Bu haqda nə deyə bilərsən?

- 2021/22 mövsümünə pis başlamadım. Sonrakı oyunlarda zədələnərək bir müddət kənarda qaldım. Formamı bərpa etmək üçün Latviyada oynamaq təklif olundu və bunu dəyərləndirdim. "Dauqavpils"də 9 oyuna çıxdım, 3 məhsuldar ötürmə ilə yadda qaldım. Düşünürəm ki, pis çıxış etmədim, ən əsası, formamı bərpa etdim.

- Latviyada davam etmək olmazdı?

- Əlbəttə, olardı, təklif də gəlmişdi. Sadəcə, Azərbaycana qayıdıb bir az da inkişaf etməyi üstün tutdum. Açığı, bizim premyer-liqa Latviya çempionatından güclüdü. Bizdə sürətli, texnikalı oyunlara tez-tez rast gəlmək olar. Latviyada isə belə deyil.

- "Dauqavpils"də "Neftçi"nin yetirməsi Asim Əlizadə də çıxış edir. Onun oyununu necə qiymətləndirərdin?

- Asimlə birlikdə oynamaq mənə çox rahat idi. Həm dil problemimiz yox idi, həm də U-21 millimizdə birgə çıxış etdiyimizdən, qarşılıqlı koordinasiyamız yaxşı alınırdı. Asim meydanda əzmkarlığı ilə seçilən və qarşısına qoyduğu məqsədlərə doğru addımlayan xarakterli futbolçudu. Futboldan kənarda da yaxşı yoldaşdı.

- Uzun illərdi Latviyada çıxış edən millimizin sabiq üzvü Vüqar Əsgərovla münasibətiniz vardı. Təcrübəli futbolçu sizinlə görüşüb təcrübəsini bölüşüb?

- Əlbəttə, görüşmüşük. Ondan yalnız təcrübəli futbolçu yox, böyük qardaş kimi də çox şey öyrənmişəm. Sağ olsun, həm mənim, həm də Asim Əlizadə üçün əlindən gələn köməyi əsirgəməyib.

- Latviyada yaşayış yeriniz və yerli camaatın sizə münasibəti necə idi?

- Klub Asimlə mənə ayrıca ev tutmuşdu, orda qalırdıq. Komandada heç kim bizi özlərindən ayrı saymırdı. Latviya xalqı da mehriban, qonaqpərvərdi. Latviyadakı 6 aylıq karyeramda ancaq xoş anlar yaşadım.

- Niyə "Turan Tovuz"u seçdin?

- Başqa seçimlər də vardı. Amma mən bölgə təmsilçisini seçdim. Bunun bir neçə səbəbi var. Əvvəla ona görə ki, Tovuz şəhəri ölkə futboluna həmişə rəng qatıb. Tovuzluların Azərbaycanda ən çılğın və komandalarını sona qədər dəstəkləmək xüsusiyyətləri var. Ən əsası, Ayxan Abbasov kimi məşqçinin rəhbərliyi altında çıxış etmək ayrıca motivasiya, təcrübə, inkişaf deməkdi.

- Ayxan Abbasovun məşqçi kimi üstünlüyü nədədi?

- Ayxan müəllim gənc, prinsipial və məşqçi kimi özünü doğruldan mütəxəssislərdəndi. Onun yetərincə uğurları var. Hansı komandaya rəhbərlik edibsə, orda döyüşkən, mübariz, həmçinin mehriban kollektiv formalaşdırıb. "Zirə" və "Sumqayıt"ı avrokuboklara daşıyıb. Düşünürəm ki, "Turan Tovuz"u da uğurlara daşıyacaq.

- Sonuncu dəfə gənc futbolçulardan Nurlan Novruzov ölkə çempionatında bombardir olub. "Turan Tovuz"un heyətində bombardir olmağı düşünürsən?

- Qarşıma belə bir məqsəd qoymamışam. Komandaya oyun planında faydalı olmağa köklənmişəm. Kollektiv oyunla daha yaxşı nəticələr əldə edəcəyimizi düşünürəm. "Turan Tovuz"u uğura daşımaq üçün bütün gücümü, bacarığımı ortaya qoyacam.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

29-06-2022, 12:0

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

Ölkə futbolu

18-05-2022, 21:0

"Sabah"ın legioneri Ukraynaya qayıtmaq istəmir

Aktual
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
Son xəbərlər
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Dünən, 18:40
    Londondan Madridə yollanacaq
  • Dünən, 18:08
    "Səbail"dən növbəti transfer
  • Dünən, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Dünən, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Dünən, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Dünən, 15:33
    Fransaya qayıtmayacaq
  • Dünən, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Dünən, 14:31
    Klubunda hamını arxada qoydu
  • Dünən, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Dünən, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Dünən, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Dünən, 12:26
    İtaliya klubunu tərk etdi
Daha çox
Oxunub: 299
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 263
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 246
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 216
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 208
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə