• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərəc Əliyev: “Rahid Əmirquliyevin komandada qalmasını istəyirik”

Ölkə futbolu

8-06-2022, 19:0

“Səbail” yeni mövsümə hazırlığını intensiv şəkildə davam etdirir.

Paytaxt təmsilçisi bu yolda ilk addımı baş məşqçi Aftandil Hacıyevlə yolları ayıraraq atdı. Ardınca isə “Neftçi-2”dən Mahmud Qurbanovu bu posta gətirdi.

Ötən il “ağ-qaralar”a əvəzedicilərin çempionatında qızıl medal qazandıran təcrübəli mütəxəssisin gəlişindən sonra “dənizçilər”də heyət yenidən formalaşdırılır desək, yanılmarıq. “Dənizçilər” Nikolas Raysel, Domantas Şimkus, Əfran İsmayılov, İbrahim Aslanlı və Cavid Tağıyevlə yolları ayırıb. Əvəzində “Zirə” ilə müqaviləsinin müddəti başa çatan Ağabala Ramazanovu heyətinə qatıb. Cabir Əmirli, Tural Bayramlı, Adil Nağıyev, Ədilxan Qarəhmədov və Ruslan Hacıyevlə isə müqavilə müddəti artırılıb.

Görəsən, klubda başqa hansı yeniliklər var? Təlim-məşq toplanışı Bakıda, yoxsa ölkə xaricində baş tutacaq? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün əslində Mahmud Qurbanovla danışmağı nəzərdə tutmuşduq. Amma başı komanda quruculuğuna qarışan mütəxəssis mətbuatdan uzaq gəzməyi üstün tutur. Bu üzdən “Səbail”in icraçı direktoru Fərəc Əliyevi danışdırmağı lazım bildik.

- Komandanın təlim-məşq toplanışı nə vaxt başlayacaq? Mahmud Qurbanov tarixi müəyyənləşdirib?

- Planı baş məşqçi hazırlayır. Buna görə də dəqiq tarix deyə bilməyəcəm. Amma iyunun sonunda bir araya gəlməyi planlaşdırırıq. Ümumi plan isə məşqçidədi.

- Hazırlıq prosesi yenə Bakıda olacaq, yoxsa ölkə xaricinə çıxacaqsız?

- Bununla bağlı bir neçə variant var. Lakin daha çox Gürcüstan ilə Türkiyə arasında seçim etməyi düşünürük. Hələ ki baxırıq, qiymətləri müzakirə edirik. Hansı uyğun olsa, ona da qərar veriləcək. Bu həftə ərzində təlim-məşq toplanışının baş tutacağı məkan dəqiqləşəcək. Çünki ora gedib baxmaq lazımdı.

- Bəs Avstriya? Çünki qısa müddət öncə sizin də “Qarabağ” kimi Avstriyada hazırlıq keçəcəyiniz deyilirdi…

- Belə variant yoxdu. Avstriya qətiyyən olmayacaq. Türkiyə və Gürcüstan arasında seçim edəcəyik.

- Bir çox futbolçu ilə yollar ayrıldı. Belə görünür ki, komanda yenidən formalaşdırılır. Xüsusilə də yaşı çox olan oyunçularla müqavilənin müddəti uzadılmadı. Yalnız Rahid Əmirquliyevlə bağlı heç bir məlumat yoxdu. Bir müddət öncə onun karyerasını başa çatdıracağı deyilirdi. Bu barədə futboçu ilə danışmısız? Nə qərara gəlib?

- Bəli, bir çox futbolçu illə yollar ayrıldığından onların yerini doldurmaq üçün işlər gedir. Rahid Əmirquliyevlə də söhbətimiz olub. Onun komandada qalmasını istəyirik. Bu yöndə danışıqlar da aparırıq. Karyerasını başa çatdırmaq istəyi ilə bağlı yayılan məlumatlar səhvdi. Rahidin oynamaq istədiyini bilirəm. Belə söhbət olmayıb aramızda.

- Ağabala Ramazanovun “Səbail”ə qayıtmasında hər kəs qardaşı Zaur Ramazanovun rolunun olduğunu, onun təkidi ilə bura keçdiyini düşünür. Bu doğrudu? Zaur bəyin sizlə bu məsələdə danışığı olub?

- Xeyr. Ağabala ilə özüm şəxsən danışmışam. Baş məşqçinin istəyi ilə olub. Zaur Ramazanov da, hər halda, məşqçilər korpusunda yer alır. Ancaq Ağabala ilə bağlı ilk təklif Mahmud Qurbanovdan gəldi. Gördük ki, o “Zirə” ilə vidalaşdı. Dərhal əlaqə saxlayıb təklifimizi etdik. Şükürlər olsun ki, razılaşdı və 2 illik müqavilə bağladı.

- “Zirə”dən ayrılması gündəmdə olan daha bir futbolçunun – Ruslan Abışovun da “Səbail”ə qoşulacağı deyilir. Bu xəbər həqiqəti nə dərəcədə əks etdirir?

- Bəlkə baş məşqçinin planında var. Amma Ruslan Abışovla bağlı hələ ki rəsmi danışıq aparmamışıq. Komandaya qoşula da bilər, qoşulmaya da. “Belə bir məsələ qətiyyən yoxdu” deyə bilmirəm. Sadəcə, rəsmən mən danışmamışam.

- Maraqlandığınız futbolçuların siyahısında “Sabah”a məxsus olan Nicat Mehbalıyev və Masazır təmsilçisinin yolları ayırdığı Xulio Sezar Rodrigesin də adı çəkilir. Bu oyunçular necə, “Səbail”in gündəmindədi?

- Onu kim yazıb ki, Nicat Mehbalıyevi transfer etmək istəyirik? (gülür) Tam yanlış məlumatdı. Xulio Sezar Rodrigeslə isə, yalan olmasın, hələ ki danışmamışıq.

- Yəni Nicat Mehbalıyev, ümumiyyətlə, klubun gündəmində yoxdu?

- Yerli futbolçular elədi ki, hamı hər gün gündəmdə ola bilər. Hər saatda onlarla bağlı nələrsə dəyişə bilər. Amma Nicat Mehbalıyevin “Sabah”la müqaviləsi var. Ona görə də biz onunla necə danışa bilərik? Gərək öncə klubuna bildirək. Biz isə bunu etməmişik.

- Adil Nağıyev təxminən 2 ay öncə qəzetimizə verdiyi müsahibədə klubdan ayrılmaq istədiyini və xaricdən variantlar olduğunu demişdi. Amma müqavilə müddətini artırmağa qərar verdi. İki ay ərzində nə dəyişdi ki, futbolçu fikrindən daşındı?

- Bunu Adilin özündən soruşsaz, daha yaxşı olar. Biz, sadəcə, təklifimizi etdik. Nəticədə o bununla razılaşdı.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

30-06-2022, 16:0

Transfer dosyesi - YENİLƏNİR

Aktual / Premyer-liqa

30-05-2022, 21:0

"Səbail" onunla razılıq əldə etdi - ÖZƏL

Ölkə futbolu / Premyer-liqa

26-05-2022, 17:0

"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ

Aktual / Premyer-liqa

31-05-2022, 16:0

“Səbail” daha bir futbolçusu ilə yolları ayırdı – ÖZƏL

Premyer-liqa

1-06-2022, 21:0

"Səbail"də daha bir ayrılıq

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə