"Səbail"in yeni baş məşqçisi məlum oldu - RƏSMİ

26.05.2022 17:33 611
Ölkə futbolu / Premyer-liqa
Üç gün öncə Aftandil Hacıyevlə yolları ayıran "Səbail"in yeni baş məşqçisi məlum olub.

"Football-plus.az" saytının məlumatına görə, paytaxt təmsilçisi bu haqda sosial şəbəkə hesablarında xəbər yayıb.

Bundan sonra "dənizçilər"i Mahmud Qurbanov çalışdıracaq. "Neftçi-2" də mütəxəssisin ayrıldığını təsdiqləyib. Flaqman 49 yaşlı məşqçiyə uğurlar arzulayıb.

"Səbail" Qurbanovla 2 il müddətinə nəzərdə tutulan müqavilə bağlayıb.