Aleksey Baqa "Sabah"la görüşdə onun xidmətindən məhrum olacaq

1.04.2022 14:10 463
Premyer-liqa
Premyer-liqanın 21-ci turunda "Sumqayıt" "Sabah"ı qəbul edəcək.

"Kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa görüşdə 1 oyunçunun xidmətindən yararlana bilməyəcək. Söhbət millimizin üzvü Vüqar Mustafayevdən gedir. Yarımmüdafiəçi sarı vərəqə limitinə görə "bayquşlarla"lə matçda meydanda ola bilməyəcək.

Qeyd edək ki, qarşılaşma aprelin 2-i saat 18.15-də start götürəcək.