• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fulhem”in uğurunun qeyri-adi sirri - YAZI

Yazarlar

29-04-2022, 17:0

İngiltərədə “paraşüt” ödənişdən narazıların sayı artmaqdadı.

“Fulhem”in uğurunun qeyri-adi sirri


“Fulhem”in son 5 ildə 3-cü dəfə premyer-liqaya qayıtdığını xəbər vermişdik. Bəs londonluların çempionşipdə müntəzəm dominantlıq etməsinin səbəbi nədi? Aşağıdakı yazıda bu suala cavab tapmağa çalışacağıq.

...“Kreyven Kottec”də yenə bayramdı, sabit şəkildə hər iki ildən bir qeyd olunan bayram. Finişə 4 tur qalmış 3-cü yerdə qərarlaşan “Haddersfild”dən 13 xal önə çıxan “Fulhem” artıq premyer-liqada oynamağın planlarını cızmalıdı. Komanda ən yaxın izləyiciləri ilə müqayisədə fantastik top fərqinə malikdi: +61 (“Bornmut”da +30-du, “Haddersfild”də +13).

Londonlular evdə “Preston”u darmadağın edəndən (3:0) sonra premyer-liqaya vəsiqə qazandı. Aleksandr Mitroviç dubl etdi, yayda “Liverpul”a yollanacaq Fabio Karvalyo bir qol vurdu. Serb Mitroviçin cari mövsümdəki göstəriciləri möhtəməmdi – 41 oyunda 41 qol və 7 məhsuldar ötürmə. Hakimin final fitindən sonra yüzlərlə azarkeş meydana axışdı. “Fulhem”in baş məşqçisi Marko Silvanın fikirləri:

“Məşqçi kimi 10-cu mövsümümdü. 10-cu ili başladığım kimi – onda Portuqaliya “Eştoril”ini 2-ci diviziondan birinciyə çıxarmışdım - bitirmək təsadüfdü. Klubun məndən nə istədiyini bilirəm. Və ümid edirəm ki, bu hələ uzun yolun başlanğıcıdı. İrəlidə bizi gözləyən böyük çağırışa hazırlaşmalıyıq. Bu çətin, amma fantastik vəzifədi. “Fulhem”i premyer-liqa klubuna çevirməliyik”.

[/quote]
Silvanın qarşısında duran vəzifə komandanı elitada saxlamaqdı. Son illərdə bu mümkün olmur. Londonlular 2017-dən indiyə qədər premyer-liqa ilə çempionşip arasında var-gəl etməkdədi – gah orda olurlar, gah burda.

“Fulhem”ə və başqa lift-klublara “paraşüt” ödənişlər yardım edir

Aydın məsələdi ki, “Fulhem” kimi divizionlar arasında var-gəl edənlərə “lift-klub” deyirlər. “Fulhem”in çempionşipdə aşkar dominantlığı ilk növbədə komandanın hətta elitadan gedəndən sonra da heyətini möhkəmləndirməsi ilə bağlıdı. Londonlular onda “Liverpul”un vingeri Harri Uilsonu 14 milyon, “Flamenqo”nun hücumçusu Rodriqo Munizi 8 milyon avroya aldı, “Uotford”dan Nataniel Çalobanı pulsuz ələ keçirdi. Elə həmin Uilson bu gün komandanın 2-ci bombardiridi.

Elita ilə vidalaşan komandaların ayaqda qalmasının sadə bir sxemi var – İPL gəlirlərin azalması fonunda əməkhaqqı cədvəlini təmin etmək üçün belələrinə “paraşüt” ödənişi edir. Başqa liqalarda elitadan getmək komandanın liderlərini itirməsi ilə müşayiət olunursa, İngiltərədə bu məcburi deyil. Bəs ödəniş mexanizmi necə qurulub? İş ondadı ki, elitadan gedən klublar üç il ərzində premyer-liqanın yayın gəlirlərindən müəyyən faiz alır. Belələri elita ilə vidalaşandan sonrakı ilk mövsümdə premyer-liqa klubları üçün müəyyənləşən standart məbləğin 55, 2-ci mövsümdə 45, 3-cü mövsümdə isə 20 faizi həcmində pul alır. Bu məbləğlər hazırda uyğun olaraq, 42, 35 və 15 milyon funt təşkil edir.

Məhdudiyyət də var. Premyer-liqada yalnız bir mövsüm keçirən komanda 3-cü ödənişi almır. Komanda dərhal premyer-liqaya qayıdırsa, qalan iki mövsüm üçün ödəniş edilmir. “Fulhem”ə çempionşipin qalan komandaları önündə üstünlük qazanmaq və dərhal elitaya qayıtmaq üçün ilk ödəniş bəs edir. Düzdü, elitada bir elə davam gətirmirlər.

“Norviç” də eyni vəziyyətdədi: komanda hazırda elita ilə vidalaşmaq ərəfəsindədi. Bu baş verərsə, klub artıq iki divizion arasında ardıcıl 4 il var-gəl edəcək. Yeri gəlmişkən, “Norviç” də çox uğurla çempionşipi qazanır və vıyıltı ilə elitadan gedir.

Belə görünür ki, ədalətli sistem deyil

Şeffild Hallam Universiteti ötən ay tədqiqatını dərc edib: belə nəticə çıxır ki, bu sistem çempionşipdə rəqabəti təhrif edir. Belə ki, “paraşüt” ödənişi alan klublar başqalarıyla müqayisədə üç dəfə tez elitaya qayıdır. Həlledici amil belə klublar üçün ödənişlərin son illərdə ciddi şəkildə artmasıdı: 2006-15 aralığında hər kluba təxminən 12,8 milyon funt ödənilirdisə, son 5 ildə bu məbləğ 29,5 milyona çatıb. Premyer-liqa klublarının gəlirləri elə sürətlə artır ki, “paraşüt” ödənişlər çempionşipdə rəqabətin axarını müəyyənləşdirmək baxımından önəmli amilə çevrilir.

Tədqiqatın müəlliflərindən biri Rob Uilson “Daily Mail”ə müsahibədə deyib ki, indiki sistem nəinki rəqabətə zərbə vurur, həmçinin başqa komandalarda maliyyə problemləri doğurur:

“Belə ödənişlər başqa klubları da geri qalmamaq üçün silkələnməyə məcbur edir. Bu isə maliyyə qeyri-sabitliyinə və müflislik təhlükəsinə gətirib çıxarır. Bütün sistem sındırılıb. “Paraşüt” ödənişlər bütün İPL (söhbət elitanı çıxmaq şərti ilə bütün başqa peşəkar liqalardan gedir – red.) komandaları arasında daha bərabər bölünməlidi”.
[quote]

“Midsbro”nun məşqçisi Kris Uaylder onunla razıdı:

“Klubların yaxaladığı üstünlüklə bağlı nəsə etmək lazımdı. Çempionşiplə tanış olan istənilən şəxs mövsüm başlamamış deyə bilərdi ki, “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” ilə yanaşı, bir mövsüm əvvəl aşağı yuvarlanan “Bornmut” elitaya qayıtmaq yolunda əsas favoritlərdi. 4 komandadan ikisi buna yaxındı: biri (açıqlama “Fulhem” vəsiqə qazanmamış verilib – red.) elitanın qapısını döyür, digəri (“Bornmut”u nəzərdə tutur – red.) onun arxasında qərarlaşıb. Belə nəticədə həmişə puldan artıq da nəsə var, ancaq ödənişlər böyük üstünlük qazandırır”.

Tədqiqatı çempionşip, Liqa 1 və Liqa 2-ni özündə birləşdirən İPL-in prezidenti Rik Perri sifariş etmişdi. O da indiki ödəniş formatının əleyhinədi:

“Bu hesabat “paraşüt” ödənişlərin ədalətli rəqabətə dağıdıcı təsirinə dair daha bir xatırlatma rolunu oynayır. İPL mövqeyini dəfələrlə izah edib – belə ödənişləri həmrəylik forması adlandırmaq olmaz, bu addım maliyyə ekosistemini pozur, çempionşiplə premyer-liqa arasındakı uçurumu dərinləşdirir. Dayanıqlı futbol piramidası görmək istəyiriksə, daha münasib tənzimləmə mexanizminə söykənməklə bu ödənişləri ləğv etmək lazımdı”.

“The Guardian” ötən ilin sonunda xəbər vermişdi ki, İPL və EFL “paraşüt” ödənişlərin ləğvini müzakirə edir. Düzdü, onlar bunun üçün müntəzəm elitadan düşmək təhlükəsi yaşayan bir neçə klubu da inandırmalı olacaq. Söhbət təkcə “Fulhem” və ya “Norviç” kimi lift-klublardan yox, hazırda “təhlükəli zona”dan 3 xal aralıda qərarlaşan “Everton”dan gedir.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-04-2022, 10:0

London klubu yenidən premyer-liqada

Dünya futbolu

24-05-2022, 21:0

İyulun 1-dən “Liverpul”a qoşulacaq

Dünya futbolu

30-05-2022, 21:0

ÇK-nın ikiqat qalibi 23 illik həsrətə son qoydu

Dünya futbolu

8-05-2022, 16:0

“Liverpul” 19 yaşlı futbolçu ilə anlaşdı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 199
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə