“Liverpul” 19 yaşlı futbolçu ilə anlaşdı

8.05.2022 16:16 534
Dünya futbolu
Bir neçə ay əvvəl yayılan xəbər rəsmi təsdiqini tapmaq üzrədi.

“Liverpul” heyətinə yeni oyunçu cəlb edəcək. “Liverpool Echo” qəzetinin məlumatına görə, “Fulhem”in yarımmüdafiəçisi Fabio Karvalyo karyerasını “qırmızılar”ın sıralarında davam etdirəcək. “Liverpul” artıq 19 yaşlı portuqaliyalı futbolçu ilə şəxsi müqaviləsi üzrə anlaşıb. “Liverpool Echo” bu keçidin mersisaydlılara 7 milyon funt sterlinqə başa gələcəyini qeyd edib.

Yeniyetmə futbolçu “Fulhem”in yetirməsidi. Karvalyo bu mövsüm İngiltərə çempionatının 2-ci divizionunda iştirak etdiyi 36 oyunda 10 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul