İyulun 1-dən “Liverpul”a qoşulacaq

24.05.2022 21:30 527
Dünya futbolu
“Liverpul” yeni mövsüm üçün ilk transferini edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Fulhem”in 19 yaşlı yarımmüdafiəçisi Fabio Karvalyonun məsələsini bir neçə ay əvvəl yoluna qoymuşdu. Yeniyetmə futbolçu “Liverpul”a iyulun 1-dən qoşulacaq.

Qeyd edək ki, o, “Fulhem”in yenidən İngiltərə premier-liqasına vəsiqə qazanmasında mühüm rol oynayıb. Portuqaliyalı oyunçu 2-ci divizionda mövsüm ərzində meydana çıxdığı 36 matçda 10 qol vurub və 8 məhsuldar ötürmə edib.