• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Hemilton dünya çempionatında yeni soyadla çıxış edəcək - MÜSAHİBƏ

İdman / Manşet

18-03-2022, 17:0

Həftəsonu keçiriləcək Bəhreyn mərhələsi ilə “Formula-1” üzrə dünya çempionatında yeni mövsüm start götürəcək.

Mövsüm ərəfəsində personası daha böyük maraq doğuran iki pilot varsa, biri Lüis Hemiltondu. “Mersedes”in britaniyalı pilotu Dubayda keçirilən ümumdünya “Ekspo-2020” sərgisində jurnalistlərin suallarından qaça bilməyib.

- Mövsümlərarası dövrdə dincələ bildiz, ötən mövsümdən hansı nəticələr çıxardız?
- Mövsümlərarası dövr əvvəlkilər kimi keçmədi. Əbu-Dabidən sonra çətin anlar yaşadım. Görünür, hər birimiz ağılsız dünyada yaşayırıq, sadəcə, kənara çəkilməliydim. Əminəm ki, çoxlarınız müəyyən müddətə sosial şəbəkələrdən çəkilməyin faydasını görüb. Ailəmlə vaxt keçirdim, uşaqlar üçün yaxşı əmi-dayı olmağa çalışdım. Ancaq indi mübarizə aparmaq üçün qayıtmışam.

- Son bir neçə ayda özünüzü necə tanıdız?
- Bütün həyatım qələbə uğrunda mübarizəyə həsr olunub. Artıq 29 ildi yarışlarda çıxış edirəm və yaxşı ola biləcəyimi anlayıram. Ancaq mövsümlərarası dövrdə onu da anladım ki, qələbə hər şey deyil. Bəzən uduzanda da udursan, böyüyürsən. Hamıya məsləhətim budu: uğursuzluqdan qorxmayın, uğur yolunda bunlar da olur. 8-ci titul uğrunda mübarizə aparmaq üçün qayıtmışam.

- Yalnız öz mübarizənizə kökləndiyiniz hada başqa komandalarda yaşananların sizin üçün əhəmiyyəti varmı? Bu il Lüis Hemiltonun hansı versiyasını görəcəyik?
- Bax, bu sualdı (gülür). Həmişə ən yaxşı versiyam olmağa çalışıram. İndi sağlamlığımın qayğısına qalıram. Hiss edirəm ki, həmişəkindən daha yaxşı formadayam, nə istədiyimi və hədəfimə necə naol olacağımı dəqiq bilirəm. Çətin yoldu, ancaq hər şeyin alınacağını bilirəm.

- Texnikadan danışaq: Bəhreyndəki testlər necə keçdi? “Mersedes”in mövqeyi necədi?
- Testlər çətin oldu. Heyf, cəmi 6 gün çəkdi – hər pilot trassda 3 gün çalışa bilərdi. Bu həftə ilk mərhələ baş tutacaq, biz maşının davranışını öyrənməyə davam edirik – bu proses ən azı 4 mərhələ sürə bilər. Problem çoxdu. Mənim 37 yaşım var, komanda yoldaşım Corc Rassellin isə cəmi 24. Ancaq o da belində problemlər hiss etdi, odu ki, məsələ yaşla bağlı deyil. Testlər özü mürəkkəb oldu, ancaq üstünlük qazandıran məqam budu ki, dərhal sonra videokonfrans formatında komanda üzvləri ilə maşının problemlər haqda danışmaq imkanımız oldu. Mühəndislərimiz çətinlikləri xoşlayır ki, bu da yaxşı haldı.

- “Formula-1” yarışlarında 16-cı mövsümə başlayırsız. Bütüm uğurlarınıza, sükan arxasında və trassdan kənarda öyrəndiklərinizə baxsaq, hansı dərsi özünüz üçün daha vacib sayırsız?
- Çətin sualdı. Debüt etdiyim vaxtdan çox keçib. Karyeramın ən əsas dərsi heç vaxt təslim olmamaq, özünə inamı itirməmək, işi davam etdirməkdi. Hər birimiz unikal və fərqliyik. Sadəcə, öz unikallığına, gücünə inanmaq lazımdı. Problemlər yarananda hər dəfə özümə dediyim söz budu: yıxılmağın vacib deyil, vacib olan necə qalxmağındı.

- Bu vacib mesajdı, xoşuma gəldi! Titul sayına görə Mihael Şumaherə çatmısız. Bu 7 tituldan hansını daha çox bəyənirsiz?
- Hər biri xüsusidi. İlk tituldan danışsaq... Uşaqkən dünya çempionu olmağı arzulayırdım. Bu hədəfə çatmaq unikal təcrübə idi, valideynlərimin bu yolda nə qədər güc qoyduğunu bilirdim. Ardından yetərincə uzun müddət ərzundə 2-ci titulu qazana bilmədim. Yəqin hamısından daha artıq 7-ci titulu bəyənirəm. Bu titul uzun illər ərzindəki özünəinamın təsdiqidi. Bəzi valideynlər, bəzi müəllimlər mənə deyirdilər ki, uğur qazana bilməyəcəksən. Həmin adamların indi televizor qarşısında olarlən “mən səhv etmişəm” dediyini düşünmək mənə xoşdu.

- Əfsanəvi Şumaherlə müqayisədə 12 artıq, yəni 103 mərhələdə qalib gəlmisiz ki, bu da rekorddu. Hansı qələbəni daha isti xatırlayırsız?
- Qoy Braziliyadakı ötənilki yarış olsun. Əlbəttə, bütün uğursuzluqlarım kimi, bütün uğurlarımı da xatırlamıram. 2007-dəki ilk qələbə yadımdadı. Onda podiumdan aşağı baxanda atamın necə gülümsədiyini görürdüm. Həmin məqam qəlbimi titrətdi, axı atam çox sərt valideyn idi. Aramızda çox isti anlaşma olduğunu deyə bilmərəm, çünki o qaya kimi möhkəm idi. Ancaq həmin anda mənlə qürur duyduğunu gördüm.

- Atanızı xatırlamağınız maraqlıdı. Burda olan çoxlu uşağa nə deyərdiz? Onlar idmanda, incəsənətdə və ya həyatın, sənayenin başqa sahələrində necə uğur qazansınlar?
- Artıq dediyimi təkrarlayacam: özünüzə inanmaqda davam edin. Hər birimiz həyat adlanan bu təəccüblü yolda öyrənirik. İş, ailə və son nəticədə xoşbəxtlik arasında doğru balans tapmağa çalışın. Özünüzə yeni çağırışlar ünvanlayın, əldə etdiyinizlə kifayətlənməyin. Həmişə ən yaxşı olmaq mümkündü.

- Yalnız “Formula-1” tarixində iz qoymursuz, həm də çoxlu xeyriyyəçilik layihəsi ilə məşğulsuz. Sizi nə ruhlandırır? Bu tarixçədə yeni fəsil nə olacaq?
- Bütün bu illər ərzində uğur qazansam da, səbəblərini tam anlamırdım. “Formula-1”də təkcə yarışmayan, həm də yüksək yerlər uğrunda mübarizə aparan yeganə qaradərili idmançıyam. Bu uğurları heç də asanlıqla qazanmamışam. Milli azlıqlardan olan gənclərin bu idman növündə uğur qazanması yolunda duran maneələri öyrənməyə çalışmışam. “Formula-1”də rəngarənglik yoxdu, ancaq gələcəkdə müxtəlif mənşəli adamlara qucaq aça bilər. Mənə elə gəlir ki, indi hər kəs daha rəngarəng işçi qüvvəsinin uğur qazanmağa xidmət etdiyini anlayır. 5-10 ildən sonra avtoidmanın daha rəngarəng olacağına ümid edirəm.

- 37 yaşınız var, hələ karyeranızı bitirməyi planlaşdırmırsız?
- Addım-addım hərəkət edəcək. Dəqiq bilirəm ki, hələ də məşğul olduğum işi sevirəm. Hələ də yeni çağırışlara hazıram. Əvvəllər düşünmürdüm ki, bu yaşda yaxşı formada olacaq, bu qədər enerjim qalacaq. Hələ ki səhərlər böyük entuziazmla qaçıram, məşqlərdə yaxşı nəticə göstərirəm. Baxarıq. Çoxlu tamaşaçı, onların dəstəyini görmək xoşuma gəlir. Bunun mənim üçün əhəmiyyəti böyükdü.

- Şumaherlə sizə tay yoxdu: hər ikinizin 7 titulu var. 8-ci titulu qazansaz, bu sizin üçün nə demək olacaq?
- Hər şey. Əvvəllər heç kimin nail olmadığı hədəfə çatmaq möhtəşəmdi. Hamımız – özüm və bu qədər emosiya yaşayan azarkeşlər üçün 8-ci titulun necə önəmli olduğunu anlayıram. Bunun ailəm üçün də əhəmiyyəti böyükdü. Öz soyadımla fəxr edirəm. Ancaq yəqin sizlərdən heç kim bilmir ki, anamın soyadı Larbalestyerdi. Bunu da soyadıma qoşacam. Qadınların ailə qurandan sonra soyadlarını dəyişməsinin səbəbini tam anlamıram. Anam istəyir ki, soyadı Hemilton soyadı ilə yanaşı qalsın.

- Bu nə vaxt baş verəcək? Həftəsonu?
- Ümid edirəm ki, tezliklə. Bəlkə də bu həftəsonu yox, ancaq məsələ üzərində işləyirik.

- Bəhreyn haqda söhbətə qayıdaq – mövsümün ilk yarışı məhz orda olacaq. Sevinirsiz?
- Bəhreyndə çətin olacaq, ordakı trassda qabarmalar çoxdu. Ancaq şərait testlərlə müqayisədə yaxşı olacaq, axı yarış axşam keçiriləcək. Ümid edirəm ki, bu axşam komandaya zəng edəndə mənə maşından daha artığını almaqla bağlı yeni nəsə deyəcəklər. Hər şeydən belə görünür ki, maşınların çoxu yetərincə sürətlidi. “Alfa Romeo”nun sürəti yaxşıdı – Valtteri Bottas yaxşı nəticə göstərdi. “Red Bull” qeyri-adi dərəcədə sürətlidi, “Ferrari” də həmçinin. Ancaq ən yaxşı komanda bizdədi!

Paylaş:
Digər xəbərlər

İdman

19-03-2022, 17:0

Marko “Mersedes”in səmimiliyinə inanmır

Aktual
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
Son xəbərlər
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:28
    "Karvan-Yevlax"dan qələbə, "Qarabağ" azlıqda qalan "Sabah"a uduzdu - YENİLƏNİB
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Dünən, 14:51
    İngiltərəli əfsanə Kriştiano Ronaldonun onu sevməməsinin səbəbini açıqladı
  • Dünən, 14:30
    Kapitanla müqavilə yenilənəcək
  • Dünən, 14:09
    “Qarabağ” Elçin Məsiyevi görüb, “Sabah”a uduzub! – amma ağdamlılar üçün bədayaq tək o deyil...
  • Dünən, 13:58
    Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
  • Dünən, 13:27
    Fransa klubunu əlavə xərcə saldı
Daha çox
Oxunub: 252
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 230
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 226
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 162
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 154
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 144
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə