• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sumqayıt” canını vaxtında qurtardı - KÖŞƏ

Manşet / Yazarlar

26-08-2024, 15:0

Ötən həftə Azərbaycandakı “futbol professorları” üçün xeyli məhsuldar keçdi.

Əvvəlcə “Qarabağ”ın Zaqreb “Dinamo”suna məğlubiyyəti onlara çayxanalarda danışmaq, “feysbuk”da status yazmaq, lağlağı etmək üçün xeyli mövzu verdi. “Zirə”nin “GSP Arena”da meydan sahibi “Omoniya”dan 6 cavabsız top buraxması isə əhvalı onsuz da yaxşı olan həmin şəxslərin çörəyinə yağ sürtdü. Ən azı bir həftə danışmağa mövzu var. Ümid edirəm ki, “Qarabağ” zaqreblilərin cavabını Respublika stadionunda verməyi bacaracaq. Bununla da səfərdəki ağır məğlubiyyətin qəza olduğunu görəcəyik. “Zirə”nin üzərinə düşən vəzifə isə bir qədər fərqlidi. Qəsəbə təmsilçisi, çətin ki, “Omoniya”nın qapısına altı qol vurub, cütün taleyini əlavə vaxta apara bilsin. Amma ən azı bu mövsümlük avrokubokları yaxşı əhval-ruhiyyədə tərk etmək, “qapını bərk çırpmaq” mümkündü.

Əlbəttə, həyatda səbəbsiz heç nə yoxdu. O cümlədən futboldakı məğlubiyyətlərin də səbəbi var. Həm “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, həm də “Zirə”ni çalışdıran Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında iştirak edib, müəyyən dəyərləndirmə aparıb. Mütəxəssislərə inanıb-inanmamaq hər kəsin öz işidi. Yersiz qınaqların fonunda haqlı tənqidlərə də rast gəlirik. Amma illərboyu görməyə alışdığımız bir mənzərə var. Həmin mənzərə də ondan ibarətdi ki, məntiqə, reallığa söykənən tənqidlərdən yersiz qınaqlar daha çox olur. Hələ illər öncə Azərbaycanın tanınmış yazarlarından biri Qurban Qurbanova mətbuat konfransında sual ünvanlamışdı ki, nə üçün “Qarabağ” 5-10 milyona peşəkar hücumçu almır?! Onun sualından belə çıxmışdı ki, “köhlən atlar”ın heyətində çıxış edən, komandanı uğurdan-uğura daşıyan futbolçular qeyri-peşəkarlardı. Çünki onların qiyməti 5-10 milyon deyildi.

İndi belələrinin sayı azalsa da, bu cür məntiqdən bixəbər sualları yenə də eşidirik. Gözümüzün önündə “Neftçi” nümunəsi var. Həmin illərdə də “İnter”, “Xəzər Lənkəran”, elə Hafiz Məmmədovun milyonlarla süslədiyi paytaxtın eyniadlı klubu vardı. Onlara “Qarabağ”dan daha artıq büdcə ayrılır, milyonlar xərcənirdi. Amma adını çəkdiklərimin heç biri “Qarabağ”ın uğurlarına yaxın düşə bilmədi. Varlığını qoruya bilən təkcə “Neftçi”di. “Ağ-qaralar”ın da hansı vəziyyətdə olduğunu hamımız görürük. “Neftçi”yə ayrılan milyonlar yararsız legionerlərin, onların menecerlərinin cibinə gedir. Bir də əcnəbi mütəxəssislərə ödənilən təzminatlara. Bütün bunları görə-görə “Qarabağ”ın işinə qarışmaq, klub rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova nəyi necə etmək lazım olduğunu öyrətməyə çalışmaq böyük cəsatər və fantaziya istəyir. Guya ki, Avropada milyonlar xərcləyən, istədiyi futbolçunu heyətinə qatan klublar bütün qənimətləri qazanır, mövsümün əvvəlində qarşıya qoyulan hədəflərin hamısına çatır? Təbii ki, yox.

“Zirə” ilə bağlı məsələ aydındı. Diqqət yetirməli olduğumuz məsələ tambaşqadı. Bəli, 0:6 hesablı məğlubiyyət nə baş məşqçi Rəşad Sadıqovun ad-sanına, nə də “Zirə”nin iddiasına yaraşdı. Di gəl ki, bu məğlubiyyət də dünyanın sonu deyil. Misal üçün, elə həmin axşam Krakov “Visla”sı doğma meydanda “Brügge”dən 6 top buraxıb. Düzdü, həmin qarşılaşma 1:6 hesabıyla yekunlaşıb. Lakin meydan sahibləri təsəlli qolunu 84-cü dəqiqədə, hesab 0:6 olandan sonra vurmağı bacarıblar. Əyri oturub, düz danışası olsaq, “Zirə”nin pley-offa yüksəlmək şansının üzərində rəqibin “Osiyek” olacağı bilinəndə qalın bir xətt çəkmişdik. Rəşad Sadıqovun komandası sürprizə imza atdı, Xorvatiya təmsilçisini üstələməyi bacardı. Özü də hər iki qarşılaşmada “Zirə” son dəqiqələrə qədər mübarizə apardı, təslim olmayacağını göstərdi. Penalti seriyasında Tyaqo Silvanın etdikləri isə əsl qəhrəmanlıq idi. Təəssüf ki, Mərdəkanda xilaskar rolunu oynayan, qəhrəmana çevrilən qapıçı bunu “Omoniya” ilə oyunda etməyi bacarmadı.

Bu yenilgilər təkcə “Qarabağ”la “Zirə”nin deyil. Ümumilikdə Azərbaycan futbolunundu. Reallıqla barışmalı, gücümüzü düzgün qiymətləndirməliyik. Yerli-yersiz tənqidləri görəndə fikirləşirsən ki, elə yaxşısını “Sumqayıt” etdi, ilk mərhələdəcə “ağ bayraq qaldırıb”, fikrini Azərbaycan premyer-liqasına yönəltdi.

AMAL

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

22-08-2024, 19:0

Nigaranlığımızı ikiyə qatlama, “Zirə”! - YAZI

Manşet / Konfrans Liqası

22-08-2024, 18:0

“Omoniya” ev komandasıdı və evdə çox inamlı oynayır” - Elmar Baxşıyev

Aktual / Avrokuboklar

20-08-2024, 10:0

"Qarabağ" avrokuboklarda rekordu təkrarladı

Premyer-liqa

19-09-2022, 11:0

"Qarabağ"ın ən məhsuldar səfəri

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Dünən, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 229
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə