“Şamaxı”nın futbolçusu əməliyyat olundu

19.05.2026 10:31
Ölkə futbolu
“Şamaxı”nın futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.

"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Xatırladaq ki, Santos “Sabah”a uduzduqları Misli premyer-liqasının 30-cu turunun oyununda (0:3) zədələnmişdi.