Ramalinqomdan yubiley qolu

18.05.2026 17:23 34
Ölkə futbolu
Misli premyer-liqasının 32-ci turunda vurduğu qol Aleksandr Ramalinqom üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir i, bu haqda PFL-in saytı məlumat yayıb.

“Sumqayıt”ın futbolçusu turnirdə 25-ci dəfə fərqlənib. O, “Zirə” ilə səfər qarşılaşmasında (1:2) qol sevinci yaşayıb.

Ramalinqom premyer-liqada 25-ci qolunu 63-cü matçında vurub. O, iki komanda ilə buna nail olub. “Səbail”də 15 (35 oyun) dəfə fərqlənən fransalı “Sumqayıt”da 10 (28 oyun) qola sevinib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul