Nərimanın baş məşqçisi qovuldu

18.05.2026 16:21 60
Dünya futbolu
Nəriman Axundzadənin çıxış etdiyi “Kolambus Kryu” baş məşqçisi Henrik Ridströmu istefaya göndərib.

"Football-plus.az" xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanı müvəqqəti olaraq Loran Kurtuanın çalışdıracağı bildirilib.

“Kolambus Kryu” 13 xalla 15 komanda arasında 13-cü pillədədi. Henrik Ridström ötən ilin yayından komandanı çalışdırırdı. Nəriman isə bu ilin fevralında "Qarabağ"dan “Kolambus Kryu”ya keçib.