"Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi avrokuboklarda bir oyunun əlavə vaxtında 4 qol vuran 5 komandadan biri olub.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi matçın (əsas vaxt - 3:2, yekun hesab 7:2) əlavə vaxtında rəqib qapısına daha 4 qol vurmuşdu.
Daha əvvəl Almaniyanın “Ştutqart” (1973/74 mövsümü), Fransanın "Lans" (1977/78), Cənubi Kiprin "Omoniya" (2016/17) və Belarusun Dinamo (Minsk, 2018/19) klubları avrokuboklarda əlavə vaxtda 4 dəfə fərqləniblər.