2-ci liqada çempion müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, sonuncu, 27-ci tura 3 oyunla yekun vurulub.
Lider "Xankəndi" "Şəmkir"lə üz-üzə gəlib. "Xankəndi" 1:0 hesablı qələbə qazanaraq mövsümün çempionu adını rəsmiləşdirib. Beləliklə, Zaur Hacıyevin komandası növbəti mövsümdə 1-ci liqada mübarizə aparacaq.
2-ci yerdəki "Qaradağ Lökbatan" isə "Şirvan"a məğlub olub.