• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dağlar qızı “Linkoln”, “Linkoln”... - KÖŞƏ

Manşet / Yazarlar

14-07-2023, 12:0

“Üzləri ağ olsun”, ölkənin müxtəlif yaş qrupu üzrə yığma komandaları yaşıl meydanlarda elə nəticələr göstərirlər ki, bizim klubların avrokubok oyunlarının işığına yığışmaqdan başqa əyləncəmiz qalmayıb, məhz belə oyunlarda özümüzü avropalılarla müqayisə etmək imkanı qazanır, əyər-əskiklərimizi, təbii, həm də üstünlüklərimizi görürük.

Çox güman, biz indi Cəbəllütariq təmsilçilərinə necə baxırıqsa, avropalılar da illər öncə - qitə arenasında ən müxtəlif hesablı darmadağınlar sıralananda bizə məhz elə baxırmışlar. Şükür Allaha, futbol inqilabından sonra fələyin çərxi döndü, biz də şəhərimizin və ölkəmizin qonağı olan avropalıları təpə-qapaz etməyə, suyu süzülə-süzülə evlərinə yola salmağa başlamışıq. Hətta deyərdim ki, bir qədər cəsarətlilərimiz səfərdə də rəqibə “həyatı başa salır”. Srağagün avrokuboklarda 159-cu oyuna çıxan və 58-ci qələbəsini qazanan “Qarabağ” məhz belə etdi. Amma biz bu oyundan ləzzət aldıqmı?

Oyunətrafı məqamlara keçməmiş etiraf edim ki, teleeffekt möhtəşəm idi. Nəhəng dağla əhatə olunan yaşıl meydanda, günün altında futbolçular hədəfə çatmaq üçün qaçırdılar. Qaçırdılar demək bir qədər mübaliğədi, əslində qaçmağa çalışırdılar. Cəbəllütariqin bütün klublarının oyunlarını keçirdiyi bu stadionun süni örtüklü qazonunun hansı səviyyədə olduğuna və “Qarabağ”ın ənənəvi oyun üslubuna hansı dərəcədə əngəl yaratdığına dair müəyyən mülahizələr irəli sürə bilərik. Çox istərdim ki, bu məqam həqiqətən əlimizdə elə tutarlı dəlil olsun. Yoxsa “Qarabağ”ın çox bərbad oyununa izah tapmaq, növbəti və daha çətin mərhələlər ərəfəsində azərbaycanlı azarkeşə ümid vermək çətindi. Əlbəttə, komandadan Ramil Şeydayev və Musa Qurbanlı kimi bacarıqlı futbolçular gedib, bu oyun uzunmüddətli toplanışın son nöqtəsi idi, oyun erkən saatda və isti havada başlamışdı. Amma gedənlərin əvəzinə gələnlər də var, üç yoxlama oyunu məhz yenilərin oyun sisteminə uyğunlaşması, xətlərarası əlaqəni yaxşılaşdırmaq üçün keçirilib. Bəs nə gördük? Uca dağın əhatəsində nə çox təriflənən Juninyo var idi, nə də “Qarabağ”ın ənənəvi oyun üslubundan əsər-əlamət. Hətta deyərdim ki, “Qarabağ”ın heyətində müsbət mənada kimisə fərqləndirmək çətindi. Futbolçular meydana sanki candərdi çıxmışdılar, əvəzində yarımpeşəkar rəqib futbolçuların az qala hər əks-hücumu nəinki Şahruddin Məhəmmədəliyevi, oyunu ekran arxasından izləyən milyonlarla azərbaycanlını da həyəcanlandırır, təlaşa salırdı.

Futbolçuların ideal formadan uzaq olmasını mən mövsümlərarası toplanışın çətinliyi, futbolçuların uzun müddət vətəndən uzaq düşməsi ilə bağlayıram, daha doğrusu, bağlamaq istəyirəm. Amma yenə də ürəyimdəki nisgili götürə bilmirəm. Bu “Qarabağ” o “Qarabağ” deyildi, “Lex”, “Sürix” və “Ferentsvaroş”u yanı üstə qoyan, “Viktoriya” ilə oyunu yalnız Şahın “məharəti” üzündən əldən verən komanda deyildi.

Bizim ölkədə çox geniş yayılmış daha bir inanc var ki, “Qarabağ”, adətən, mövsümə zəif başlayır, turnir məsafəsi boyunca “artırır” və müəyyən mərhələdən sonra formasının zirvəsinə qalxır. Öz aramızdı, rəqib elə yuxarıda adını çəkdiyim komandalardan biri olsaydı, bəlkə də belə inancla razılaşardım. Axı rəqib Cəbəllütariqin çempionu, həvəskarlarla peşəkarların qarışığı olan “Linkoln” idi. Və biz bu komandanı yalnız 4-cü uzatma dəqiqəsində gələn qolla vurduq. Hələ yaxşı ki sonradan meydana çıxan futbolçular – Qara Qarayevlə Yassin Benzya “ev tapşırığı”na bənzəyən o son hücumu təşkil edə bildi. Yoxsa vətənə əlimiz ətəyimizdən uzun qayıdacaq, cütün taleyini Bakıdakı oyuna saxlayacaqdıq.

Sözümün canı budu ki, ardıcıl 9 il avrokubokların qrupunda oynayan komanda “Linkoln” kimi rəqibləri oynaya-gülə keçməlidi, meydanda əcəl təri axıtmamalıdı, azarkeşlərini bu qədər həyəcanlandırmamalıdı. Qurban Qurbanov hədsiz yorğun görünən, motivasiya çatışmazlığı yaşayan və meydanda kreativlikdən çox-çox uzaq görünən yetirmələrini silkələməli, ayıltmalı, kəsəsi, nəsə etməlidi. Allah eləsin ki, “Linkoln” səddini qadasız-balasız keçək. Amma növbəti mərhələdə artıq “Linkoln”-filan olmayacaq, qurdlar süfrəsinə qədəm qoymaqdayıq, qurdlar...

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-07-2023, 18:0

“Qarabağ”ın sabiq futbolçusu “Linkoln”la oyundan nə gözləyir? – AÇIQLAMA

Çempionlar Liqası

11-07-2023, 11:0

“Linkoln” – “Qarabağ” oyunu bu kanalda

Aktual / Çempionlar Liqası

11-07-2023, 14:0

"İlk oyunda şansları 50-nin 50-yə sayıram"

Çempionlar Liqası

27-06-2023, 11:0

“Qarabağ” - "Linkoln" oyununun məkanı və vaxtı

Manşet / Çempionlar Liqası

10-07-2023, 21:0

"Linkoln"u tam yaxından tanıya bilmədik"

Ölkə futbolu / Çempionlar Liqası

6-07-2023, 10:0

"Linkoln"la oyunlar çox çətin olacaq" - Julio Romao

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə