“Qarabağ”ın futbolçusu Kadi Borges premyer-liqada 25-ci qoluna imza atıb.
"Football-plus.az" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib.
25-ci qoluna Misli premyer-liqasının 31-ci turunda sevinən cənubi amerikalı buna 76-cı oyununda nail olub.
Azərbaycanda yalnız “Qarabağ”ın formasını geyən Kadi 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/26 mövsümündə vuran 4-cü futbolçudu. Onun komanda yoldaşı Toral Bayramov və “Araz-Naxçıvan”lılar Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.