Atalar üçdən deyib! “Neftçi” üçün də?

9.05.2026 15:59 70
Ölkə futbolu / Aktual
“Neftçi” sabah cari mövsümdəki sonuncu ev oyununu keçirəcək. Rəqib isə “Şamaxı”dı. Paytaxt təmsilçisi kağız üzərində aşkar favorit göstərilsə də, bu mövsüm şirvanlıları məğlub edə bilməyib.

Bu komandaların ilk turdakı qarşılaşmasında “Neftçi” çətinliklə məğlubiyyətdən yaxa qurtarmışdısa, ikinci dövrədə qalmaqallı hakim qərarı bakılıları qələbədən etmişdi.

Bu dəfə isə qələbə “Neftçi” üçün çox vacibdi. Komanda dogma azarkeşləri önündə son oyuna çıxır – bu öz yerində. Daha bir önəmli məqam “Zirə”nin dünən gözlənilmədən xal itirməsidi. “Ağ-qaralar” qələbə qazanacağı təqdirdə “qartallar”la xal fərqini 3-ə çatdıracaq ki, belədə 4-cü yerin də taleyi böyük ehtimalla həll olunacaq. Həmin yerin avrokuboklara vəsiqə qazandırıb-qazandırmayacağını da mayın 13-də biləcəyik.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul