Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) matçının məkanı rəsmən təsdiqlənib.
"Football-plus.az" xəbər verir ki, bu barədə UEFA qərar verib. Qurumun rəsmi saytında görüşün Bakı Olimpiya Stadionunda keçiriləcəyi qeyd olunub. Matçın iyulun 19-u, saat 20.00-da başlanacağı qeyd olunub.
Bu komandalar arasında ilk matç isə iyulun 11-də (başlama saatı 19.30) keçiriləcək.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunun ot ortüyünün dəyişdirilməsi ilə əlaqədar “Qarabağ” avrokuboklarda təsnifat mərhələsinin ən azı 2 ev oyununu Bakı Olimpiya Stadionunda keçirmək qərarı verib.