İlk dəfədi klublarımız avrokubokda “cırtdan” ölkənin təmsilçisiylə qarşılaşacaq. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov açıqlamasında rəqibi yetərincə təhlil edə bilmədiyini xüsusi vurğulayıb. Görəsən, "Linkoln" təmsilçimiz üçün hansı çətinliklər yaradacaq? "Football-plus.az" saytı olaraq bu sualla "Qarabağ"ın və yığmamızın sabiq üzvü Zaur Həşimova müraciət etdik:
"Linkoln” – “Qarabağ" qarşılaşmasında sürpriz gözləmirəm. “Rahat olacaq” demək də olmaz. Oyunun əvvəlində "köhlən atlar" hesabı aça bilsə, işini asanlaşdıra bilər. Yanlız evdə oynaması və meydanın süni örtüklü olması rəqibin üstünlüyüdü. Qalan bütün kompanentlərdə təmsilçimiz aşkar üstündü. Mərhələni “Qarabağ” keçəcək".
ABDULLA İSMAYILOĞLU






