“Arsenal”da aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu ada Pyero İnkapye layiq görülüb. Klubun mətbuat xidmətinin məlumatıına görə, ekvadorlu müdafiəçi azarkeşlər arasında keçirilən səsvermədə Ebereçi Eze, Kay Haverts və Viktor Dyökereşi qabaqlayıb.
Bu, Pyeronun ikinci belə uğurudu. O, fevral ayında da komandanın ən yaxşı oyunçusu seçilmişdi.
24 yaşlı futbolçu ötən ay komandada bütün turnirlərdə 5 oyunda meydana çıxıb.