Kaşkilya 50 min dollara görə qovulası məşqçidi? – “İmişli” bunun cəzasını çəkəcək

10.05.2026 14:34 150
Ölkə futbolu / Manşet
Belə görünür ki, mövsüm bitəndən dərhal sonra Jorj Kaşkilya “İmişli”dən ayrılacaq. Klub rəhbərliyi debütant olduğu premyer-liqada nəinki yerni qoruyan, hətta “Karvan-Yevlax”, “Qəbələ” və “Kəpəz”i qabaqlayan (“Şamaxı”nı da qabaqlamaları mümkündü) portuqaliyalı mütəxəssisə qapını göstərəcək. Nədi-nədi, adam vəzifəsinin öhdəsindən gəlib deyə, məşqçi korpusunun maaşında 50 min dollarlıq artım tələb edir.

Kaşkilya ortabab azərbaycanlı futbolçularla ortabab legionerlərdən maraqlı komanda qurdu. “İmişli” mövsümü doğma şəhərdən aralı keçirsə də, hədəfin öhdəsindən gəldi. İndi rəhbərlikdə təmsil olunanların qohum-əqrəbasının kobud protokol səhvi olmasaydı, indi 36 xalla “Şamaxı”dan da öndə qərarlaşırdılır. Və Kaşkilyanın bütün etdiklərinin mükafatı istefaya göndərilmək olacaq.

Birmənalı şəkildə ədalətsiz və yersiz qərardı. “İmişli” növbəti mövsümün sonunda bu gün “Karvan-Yevlax”ın yaşadığı aqibəti yaşasa, şəxsən mən təəccüblənmərəm. İlahi Ədalət deyilən şey bu olsun gərək!

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul