"Linkoln"la oyunlar çox çətin olacaq" - Julio Romao

6.07.2023 10:31 275
Ölkə futbolu / Çempionlar Liqası
"Linkoln"la oyunlar çox çətin olacaq".

"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisinə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində uğur qazanmaq istədiklərini bildirib:

"Bu, hər hansı bir turnir deyil. Qələbə qazanmaq üçün mümkün qədər konsentrasiyalı olmalıyıq. Yarışı səbirsizliklə gözləyirik. Çempionlar Liqasında qrup mərhələsinə düşmək üçün dörd mərhələdən keçməliyik. Bu, uzun yoldu. Amma ümid edirəm ki, məqsədə çatacağıq".


Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.