Cüdoçularımız günü medalsız başa vurdu

9.05.2026 19:00 31
İdman
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

"Football-plus.az" xəbər verir ki, iki cüdoçumuz bu gün mübarizəyə qoşulub.

Rəşid Məmmədəliyev (73 kq) bürünc medal uğrunda mübarizədə Monqolustan cüdoçusu Anxzaya Lavjarqala məğlub olub.

Digər təmsilçimiz Südabə Ağayeva (70 kq) isə 1/8 finalda Almaniya cüdoçusu Miriam Butkereytə məğlub olaraq çıxışını başa vurub.

Xatırladaq ki, "Böyük Dəbilqə" mayın 10-da başa çatacaq.