“Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?

10.05.2026 11:15 86
Aktual
Misli premyer-liqasının 31-ci turunun “Qəbələ” - “Qarabağ” oyunu heç-heçə bitdi. “Football-plus.az” xəbər verir ki, qonaqların kolumbiyalı ulduzu Kamilo Duran oyundan sonra jurnalistlərin suallarını cavablayıb.
- Çətin oyun olacağını bilirdik. Nəticə belə oldu. Növbəti görüşə qədər istirahət etməli və matça hazırlaşmalıyıq.
- Çempionluq əldən gedəndən sonra sanki liqaya həvəsin azalıb...
- Belə düşünməyin. Hansı komanda qələbə yerinə məğlubiyyət arzulaya bilər?! “Qarabağ” qələbəyə layiq komandadı. Sadəcə, bəzən alınmır...
- Kubokun finalında kimə azarkeşlik edəcəksən?
- Heç bir komandanı dəstəkləməyəcəm. Yaxşı olan qalib gəlsin.
- Bu mövsüm Çempionlar Liqasında göstərdiyin oyunla dünyada bir çox klubun diqqətini çəkdin. Bu komandaların təkliflərini dəyərləndirməyi düşünmürsən?
- Yox. Mənim tək düşüncəm “Qarabağ”la bağlıdı. Hələ ikiillik müqaviləm var. Mövsümün sonunda nə baş verəcəyini bilmirəm.
İSRAİL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul