Luis Enrikenin PSJ-ni uzun müddət çalışdırmaq şansı var.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Fransa klubu ilə yeni müqavilə imzalamağa yaxındı.
Yerli mətbuatın yaydığı xəbərə görə, 56 yaşlı ispaniyalı ilə yeni müqavilə 4 illik olacaq. Tərəflər artıq bütün detallarda prinsipial razılığa gəliblər. Paytaxt klubunun yeni anlaşma haqda rəsmi açıqlamanı mövsümün sonunda yayması gözlənilir.
Enrike PSJ-ni 2023-cü ildən çalışdırır. Onun paytaxt klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.