Ölkə kubokunun finalçılarının media üçün açıq məşqi olacaq. Bu barədə PFL dünən saytında məlumat yayıb.
Bəs azarkeşlər üçün açıq məşq olacaqmı? Hər iki klubun mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə, sıx qrafik üzündən bu mümkün deyil.
Xatırladaq ki, final oyunu mayın 13-ü, saat 20.00-da “Palms Sports Arena”da start götürəcək.
MÜZƏFFƏR QULUZADƏ