• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qətər şeyxləri 600 milyonluq stadionu 38 milyona almaq istəyir! - TƏHLİL

Dünya futbolu

17-03-2023, 20:0

Çempionlar Liqasında mübarizəni yetərincə tez dayandırsa da, Fransada inamla 11-ci çempionluğa doğru addımlayan PSJ daim gündəmdə olan klublardandı.

Bunun da ən müxtəlif səbəbləri var. Bir komandanın heyətində Messi, Mbappe, Neymar kimi dünya ulduzları çıxış edirsə, avtomatik bir addım önə çıxır. Hazırda parislilər ətrafında müxtəlif hadisələr yaşanmaqdadı. Biz bu yazıda bəzi önəmli xəbərləri bir araya gətirdik.

Çox oynayırlar, az qazanırlar
Cari mövsümdə komandanın heyətində ən çox oyun keçirənlər sırasında Nunu Mendeşlə Danilo Pereyra da var. Bu iki aparıcı portuqaliyalı futbolçu müntəzəm yüksək oyun səviyyəsi göstərir. Amma onların əməkhaqqı cədvəlindəki yeri ən azı maraq (təəccüb də demək olar) doğurur. Məsələn, illik maaşı 400 min avro olan Mendeş ötən yay “Reyms”dən alınan və bu mövsüm özünü əsas oyunçu kimi sübut edə bilməyən Uqo Ekitikedən (540 min avro) daha az qazanır. Digər nümunəyə baxaq. İllik maaşı 1 milyon 570 min avro olan Pereyra Fabian Ruis (9 milyon 90 min), Renato Sanşeş (9 milyon 90 min) və Karlos Soler (6 milyon 360 min) ilə müqayisədə dəfələrlə az pulla kifayətlənir. Belə durum isə ən azı status baxımından suallar doğurur. O mənada ki, meydanda yaxşı oyun göstərən aparıcı futbolçulara kluba yenicə gələn, heç də inamlı oynamayanlar ilə müqayisədə daha az pul ödənilir.

Messi gedəcəkmi? Və hara gedəcək?
Bildiyiniz kimi, Lionel Messinin PSJ ilə müqaviləsinin müddəti yayda bitəcək. Artıq indidən argentinalının gələcəyi ilə bağlı söz-söhbət başlayıb. Leonun heyranlarını düşündürən əsas sual onun karyerasını harda davam etdirəcəyi ilə bağlıdı. Argentinanın gündəlik idman qəzeti “Ole”nin iddiasına görə, Messi 2024-cü ildə keçiriləcək Amerika Kubokuna hazırlaşmaq üçün gələn mövsüm də Çempionlar Liqasında iştirak etmək istəyir. Lionelin “Barselona”ya mümkün dönüşü ilə bağlı şayiələrə baxmayaraq, nüfuzlu qaynaqlar ulduzun hazırda yalnız parislilərlə danışıq apardığını bildirir. Hadisələrin belə axarı PSJ fanatlarını hədsiz qıcıqlandırır. Messinin onların sevimli klubuna yığma səviyyəsində çıxışa hazırlıq meydançası kimi baxması fanatları özündən çıxarır. Sosial şəbəkələrdə yazılanları izləməklə buna əmin olmaq mümkündü.

* “Əla plandı! Amerika Kubokuna hazırlaşır, PSJ-ni batırır və buna görə pul alır”.

* “Rəhbərliyin buna göz yumması adamı hədsiz incidir. PSJ rəhbərlik kluba tüpürmək istəyən futbolçularla müqavilə bağladığı müddətdə top-komanda olmayacaq”.

* “Xatırlayın, Messi dünya çempionatına qədər özünü belə qorudu. Dünya çempionatından sonra isə meydanda piyada gəzir. O hətta “Bavariya”ya problem yaratmağa çalışmadı. Kluba tüpürmək belə istəmir. Messi PSJ-dən istisnasız şəxsi məqsədlərə çatmaq üçün yararlanır”.

* “Bu xəbərdə ən qorxunc məqam odu ki, bizim rəhbərlik, ümumiyyətlə, Messinin müqavilə müddətini uzatmaq üzərində düşünür”.

* “Siz xəstəsiz? Rəhbərlik belə qorxunc mövsümü təkrarlamaq istəyir? Messini Mançesterə yollayın, orda belə eqoistlərlə nə etməli olduqlarını bilirlər”.

* “Bu oğlan nə kluba hörmət edir, nə də çempionata. O yığma səviyyəsində turnirlərə hazırlaşmaq üçün alınmayıb. Ona görə alınıb ki, klubun şərəfini qorusun”.

* “Beləliklə, biz oyunçuları yığmaları üçün formada saxlamağa xidmət edən fitnes mərkəzinə çevrilmişik. Qoy mənim klubumdan uzağa rədd olsun”.

* “Messi böyük futbolçudu, buna şübhə yoxdu. Ancaq onun mənim komandama belə laqeyd yanaşması ürəyimi parçalayır. Çox ağırdı. PSJ istənilən futbolçudan, hətta ən böyük ulduzdan da vacib olmalıdı. Yalnız belədə məğlubedilməz olacağıq”.

* “Həmişə Messini dürüst oyunçu saymışam. Bilirsiz, belə adamlar hansı işin qulpundan yapışırlarsa, məsuliyyətli olurlar. Necə də yanılmışam. Messinin sevimli komandama belə laqeyd yanaşacağını gözləmirdim. Təəssüf ki, PSJ-nin onunla vidalaşmasının vaxtıdı”.

Fanatları anlamaq olar. Onlar heyətdəki əsas ulduzdan, sadəcə, komandaya həssas münasibət istəyir. Messinin karyerasını harda davam etdirəcəyi ilə bağlı başqa maraqlı məqamlar da var. Çərşənbə axşamı sosial şəbəkələri onun atası Xorxe Messinin fotoları bəzədi. Ata Messi müəmmalı səbəblərdən Səudiyyə Ərəbistanına yollanıb. Dərhal mediada belə xəbərlər yayılmağa başladı ki, Xorxe həmin ölkəyə oğlunun mümkün transferini müzakirə etmək üçün yollanıb. İş ondadı ki, fotonun sosial şəbəkələrdə yayılmasından bir neçə saat əvvəl “El Chiringuito”nun jurnalisti Xayme Astrayn Messinin Səudiyyə Ərəbistanı klubuna keçə biləcəyi ilə bağlı xəbər yaydı. Ancaq bunun üçün Leo ilk növbədə maliyyə baxımından çox sərfəli təklif almalıdı. “Diario Sport” isə iddia edir ki, Xorxenin Səudiyyə Ərəbistanına səfərinin konkret məqsədi var. Ata Messi bu ölkənin İdman Nazirliyinin təmsilçiləri ilə uşaq futbol məktəbləriylə bağlı layihəni müzakirə edib.
Xorxenin səyahətində bir başqa dayanacaq diqqəti daha çox çəkir. O, Səudiyyə Ərəbistanından Barselonaya yollanıb. Bu səfərdə onu oğlu Rodriqo da müşayiət edib. Ulduz argentinalının atası səfərlə bağlı heç bir açıqlama verməyib.

Daha bir məqamı xüsusi qeyd edək: əksər nüfuzlu qaynaqlar hazırda yalnız PSJ-nin Lionelə yeni müqavilə təklif etdiyini bildirir. Odu ki, Paris klubunun Messini gerçəkdən sevən azarkeşləri bir qədər rahat nəfəs ala bilər. Hər halda, bu da bir gerçəkdi ki, indi Leonun oyunu ilə müqayisədə gələcək karyerası daha çox müzakirə olunur.

Liqa 1 güclü, yoxsa zəif çempionatdı?
Bu arada Fransanın aparıcı nəşrlərdindən “Le Parisien” maraqlı xəbər yayıb. Həmkarımız iddia edir ki, yeni mövsümdə komanda 5 futbolçu ətrafında qurulacaq. Klub rəhbərliyi Kilian Mbappe, Marko Verratti, Nunu Mendeş, Markinyos və Canluici Donnarumma ətrafında yeni komanda formalaşdırmaq istəyir. Ancaq paytaxt klubunun fanatları rəhbərliyin belə seçimini bəyənmir. Fanatlar əmindi ki, Verratti və Markinyos daha komandanı arxasınca daşımağa qadir deyil.
PSJ-nin taleyi ilə bağlı müzakirələrə ölkənin nüfuzlu futbol adamları da qoşulur. Mişel Platini bugünlərdə “RMC Sport” radiosunun qonağı olarkən aparıcı ondan PSJ-nin Çempionlar Liqasının erkən mərhələlərində mübarizəni dayandırmasına münasibət bildirməyi xahiş edib. Fransa futbolunun əfsanəsi parislilərin avrokuboklardakı nəticələrində problem görmür:

“PSJ-ni gözəl komanda sayıram. Əlbəttə, parislilər Çempionlar Liqasını qazanmaq istəyirlər. Bunu bütün klublar istəyir. PSJ-nin transferlərinə görə heyranlıq duyurduq, Neymarla Messinin keçidi, Mbappenin yeni müqaviləsi... Bu komandanı Liqa 1-də görmək xoşdu. Ancaq sonra komanda Çempionlar Liqasında Avropanın nəhənglərinə qarşı oynamalı olur. “Real”a – Avropa nəhənginə qarşı oynayırsan və işlər pisləşir. Ardından daha bir qitə nəhənginə - “Bavariya”ya qarşı oynayırsan və yenə aqibətin pis olur. Belə də olmalıdı, bu futboldu. Hətta Messi ilə Neymarın şərəfini qoruduğu “Barselona” da Çempionlar Liqasını hər il qazanmırdı. Avropada qalib gəlmək elə də asan deyil”.

Platini Liqa 1-in gücü haqda suala da cavab verməli olub. O, Fransa çempionatını yetərincə güclü sayır, ölkəsində dünya səviyyəli futbolçuların çıxış etməsinə görə sevinir. Platini əmindi ki, PSJ yalnız qitənin əsas klub turnirini qazanmağa köklənməməlidi.

Ümumiyyətlə, Fransa çempionatının nə dərəcədə güclü olması ilə bağlı məqam son vaxtlar tez-tez önə çıxır. Bir çox futbol azarkeşi Liqa 1-i zəif çempionat sayır, bu üzdən turnirdə qələbənin də böyük uğur olmadığını düşünür. Ancaq PSJ-nin baş məşqçisi Kristof Qaltye belə mülahizələri qəbul etmir:

“Başqa çempionatlarda nələrin baş verdiyini görürəm. Nümunə üçün bizi haqlı şəkildə ÇL-dən uzaqlaşdıran, qələbə münasibəti ilə təbrik etmək istədiyim “Bavariya”nı götürək. Axı münhenlilər də hər il ÇL-i qazanmır, ancaq bundesliqadakı hər titulu böyük bayram kimi yaşayırlar. Adamlar bu uğurla qürur duyur, qüruru və xoşbəxtliyi azarkeşlər, klubun əməkdaşları ilə bölüşürlər. Bizdə də belə olmalıdı. Fransa çempionu titulunu dəyərsizləşdirməyi dayandırmaq lazımdı. Baxmayaraq ki, biz PSJ-yik, çempionatdakı qələbəyə adi hadisə kimi yanaşmamalıyıq. Fransa çempionu olmaq asan deyil”.

600 milyon avroluq stadiona 38 milyon?

Bu arada PSJ ilə bağlı daha bir maraqlı xəbər yayılıb. Klub rəhbərliyi Paris merliyindən “Park de Prens” stadionunu almağa çalışır. Şəhərin hakimiyyət orqanları isə şeyxlərin təvazökar təklifini yaxın buraxmır. Paris meri Ann İdalqo “Journal du dimanche” nəşrinə müsahibədə PSJ-nin stadion üçün şəhərə hansı məbləği təklif etdiyini açıqlayıb:

“PSJ-yə münasibətdə neytral mövqedəyəm. Ancaq Paris meri kimi parisliləri soymaq fikrim yoxdu. Klub “Park de Prens”i almaq üçün bizə 38 milyon avro təklif edib. Təklif olunan məbləğ şəhərin bu qiymətli mirvarisinin real qiymətindən çox uzaqdı. Satış məsələsi hazırda qapanıb, ancaq mən hələ də başqa imkanları gözdən keçirməyə hazıram. Məsələn, obyektin inkişafı və ya genişləndirilməsi, ya da bir neçə onilliyi əhatə edən uzunmüddətli icarə”.


Müqayisə üçün xatırladaq ki, “Frans Press” agentliyi bir neçə gün əvvəl Fransa hökumətinin yığmanın da çıxış etdiyi “Stad de Frans” üçün 600 milyon avro ödəməyə hazır olan alıcı tampaq niyyəti ilə tender elan etməsi haqda xəbər yaymışdı. Həqiqətən də, PSJ hədsiz aşağı məbləğ təklif edib – 600 milyon hara, 38 milyon hara? Klubun transferlərə xərclədiyi pulları nəzərə alanda 38 milyon avro hədsiz miskin görünür.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2022, 22:0

“Milan” aparıcı oyunçusu ilə anlaşa bilmir

Manşet / Yazarlar

30-05-2022, 13:0

Yaxşı oynayıb az maaş alanlar - YAZI

Dünya futbolu

5-08-2022, 11:0

"Bavariya"da ən çox maaş alan futbolçuların siyahısı

Dünya futbolu

19-12-2022, 10:0

"Milan" futbolçusuna illik 3,8 milyon avro təklif edir

Aktual
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Ceyhun Sultanovun gözü yoldadı – rəhbər olmaq üçün nazirlikdən xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 15:36
    "Kəpəz" "İmişli"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
  • Dünən, 17:24
    ''Fənər'' fanatlarını yenə infarkt dərəcəsinə çatdırdı - Bu mövsüm 3-cü dəfə...
  • Dünən, 17:08
    Zelim Tçkayev bürünc medal qazandı - AÇ
  • Dünən, 16:56
    “Qarabağ” son səkkiz oyunda “Sabah”a qalib gələ bilməyib - növbəti tamaşa olacaqmı?
  • Dünən, 16:25
    Emin Əmrullayevdən "Neftçi"yə dəstək
  • Dünən, 15:53
    “Sabah”ın futbolçusuna “sarı” verməyən Tural Qurbanov “Qarabağ”ın oyununda... – niyə, Rəhim Həsənov?
  • Dünən, 15:22
    "Karvan-Yevlax" - "Şamaxı": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 253
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 236
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 228
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 165
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 158
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 144
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə