Ekvador yığmasının yeni baş məşqçisi müəyyənləşib. Milli komandaya əcnəbi mütəxəssis təyinat alıb.
“Football-plus.az” xəbər verir ki, Ekvador Futbol Federasiyasının yaydığı xəbərə görə, yığmanı Feliks Sançes çalışdıracaq. O, baş məşqçi vəzifəsində Qustavo Alfaronu əvəzləyib. Sançesin qarşısına komandanı DÇ-2026-nın final mərhələsinə çıxarmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, 47 yaşlı ispaniyalı mütəxəssis Qətər millisindəki fəaliyyəti ilə tanınıb. O, bu komandanı 2017-22-ci illədə çalışdırıb. Qətər yığması ötən ilin son aylarında keçirilən dünya çempionatında mübarizəni qrupda dayandırdığı üçün Sançes ilə müqavilə qüvvədən salınmışdı.