• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yaxşı oynayıb az maaş alanlar - YAZI

Manşet / Yazarlar

30-05-2022, 13:0

Müasir futbolda oyunçuların böyük pullar qazandığı heç kimə sirr deyil.

Futbolçular arasında hətta komandaya elə bir fayda verməyib il ərzində çoxlarının ömrüboyu görmədiyi qədər pul qatlayanların olduğu da həqiqətdi. Amma bəzi yüksək səviyyəli oyunçular da var ki, bir sıra oyundaşları və həmkarları ilə müqayisədə az maaş alırlar. Bəs Avropanın 5 aparıcı liqasında komandası üçün vacib sayılan, amma maliyyə planında ədalətsizliklə üzləşənlər kimlərdi?

Ferlan Mendi
“Real”a 2019-cu ildə keçən Ferlan dərhal Marselonu əsas heyətdən sıxışdırmışdı. Müdafiəçi olsa da, yenicə sona çatan mövsümdə La Liqada meydana şıxdığı 22 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 26 yaşlı fransalının illik məvacibi 3,2 milyon avrodu. “Real”da yalnız ukraynalı qapıçı Andrey Lunin ondan az qazanır. Mendinin əməkhaqqısına görə 34 yaşlı Marselodan iki dəfə geri qaldığını qeyd edək. Braziliyalı son mövsümdə ölkə çempionatında yalnız 12 oyunda meydana çıxıb.

Eduar Mendi
Eduar 2014-cü ildə butslarını və əlcəklərini mismardan asmağa çox yaxın idi. Klubsuz qalmışdı və yardım hesabına yaşayırdı. Bir il belə həyat sürəndən sonra “Marsel”dən dəvət aldı. Amma Bu klubda yalnız bir mövsüm oynadı və Liqa 1-də 8 matçda qapını qorumaq şansı qazandı. 2016-cı ildə “Reyms”də qərar tutdu, bu klubun həm əsas, həm də əvəzedici komandasında çıxış etdi və 2019-cu ildə “Renn”in sıralarına keçdi. 2019/20 mövsümündəki mükəmməl çıxışı ilə “Çelsi”nin diqqətini cəlb etdi. Dərhal “zadəganlar”ın əsas heyətində möhkəmlənən Mendi Çempionlar Liqasındakı uğurda böyük rol aynadı. Seneqallı artıq iki ildi dünyanın ən yaxşı qapıçılarından sayılır. Kluba verdiyi faydasına baxmayaraq, illik maaşı 3,17 milyon avrodu. Ehtiyat qapıçı Kepa Arrisabalaqa isə ondan 6 milyon avro çox qazanır.

Mikel Oyarsabal
O, “Real Sosyedad”ın aparıcı oyunçusu sayılır. Yarımmüdafiəçi artıq bir neçə ildi sabit çıxışı ilə seçilir. Son mövsümdə İspaniya çempionatında meydana çıxdığı 22 matçda vurduğu 9 qolla komandanın ən yaxşı bombardiri olub. 3 məhsuldar ötürmə də edən Oyarsabal İspaniya yığmasında da əsas heyətin üzvüdü. Amma bunlara baxmayaraq, klubunda ilə 2,2 milyon avro məvacib alır.

Andrea Belotti
Belotti İtaliya çempionatında 2015-21-ci illərdə özünü ən yaxşı hücumçulardan biri kimi göstərə bilmişdi: 6 mövsüm ərzində A seriyasında 92 qol vurmuşdu. Ancaq son mövsümdə bombardirlik göstəricisi zədələr səbəbindən zəiflədi – meydana çıxdığı 22 oyunda 8 qol vura bildi. Əlbəttə, 2015-ci ildən formasını daşıdığı “Torino” üçün əvəzolunmaz forvard sayılır. Komandaya A seriyasında 232 oyunda 100 qol qazandıran Andreanın illik maaşı 2 milyon avrodu. Bu planda klubun ən ödənişli oyunçusudu. Amma elə bu liqada son mövsüm top qovan bir sıra hücumçularla müqayisədə az qazanır. Məsələn, ilk dövrədə “Roma”da oynayan və yanvarda “Xetafe”yə keçən ispaniyalı Borxa Mayoralın məvacibi 2,2 milyon avroya bərabər idi.

Pedri
O, hazırda 19 yaşlılar arasında ən dəyərli futbolçu sayılır. Çoxları ona “Barselona”nın gələcəyi gözü ilə baxır. Doğrudu, zədə üzündən son mövsümdə çempionatın yalnız 12 oyununda iştirak edib. 3 qol vurub 1 məhsuldar ötürmə edən yarımmüdafiəçinin illik maaşı 1,9 milyon avro müəyyən edilmişdi. Maraq üçün komandanın danimarkalı hücumçusu Martin Breytvetin ondan 2 milyon çox qazandığını bildirək. Ötən ilin oktyabrında Pedri ilə müqaviləni yeniləyən rəhbərlik ona 1 milyard avro satış qiyməti qoyub! Amma kluba 2026-cı ilin yayına qədər bağlı olan yeniyetmənin yeni maaşına rəsmən aydınlıq gətirilməyib. AÇ-2020-nin ən yaxşı gənc oyunçusu seçilən Pedrinin 2019-cu ildə “Las Palmas”dan 20 milyon avroya alındığını xatırladaq.

Bukayo Saka
Bukayo isə 20 yaşlılar arasında ən dəyərli futbolçu sayılır. Buna baxmayaraq, klubu ona illik 1,8 milyon avro əməkhaqqı verir. Halbuki Saka son iki mövsümdə “Arsenal”ın ən yaxşı oyunçusu hesab edilir. Son mövsümdə premyer-liqada keçirdiyi 38 oyunda 11 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub. Londonluların İngiltərə çempionatında ən çox qol vuran oyunçusudu. Ancaq ehtiyat oyunçular skamyasında daha çox görünən hücumçu Nkolya Pepe Bukayodan 2,5 dəfə çox maaş alır.

Teo Ernandes
Fransalı hazırda A seriyasında ən yaxşı cnah müdafiəçilərindəndi. Ampluasına görə kifayət qədər məhsuldar oyun sərgiləyir. Son mövsümdə İtaliya çempionatında meydana çıxdığı 32 oyunda 5 qolun və 6 məhsuldar ötürmənin müəllifi olub. Əlbəttə, “Milan”ın 11 ildən sonra skudettonu qazanmasında ən çox rol oynayanlar sırasındadı. Bununla belə, illik məvacibi yalnız 1,5 milyon avroya bərabərdi. Maraq üçün Teonun komandada maaşına görə 13-cü yerdə olduğunu da bildirək.

Skott Maktominey
“Mançester Yunayted”in şotland yetirməsi 2016/17 mövsümündən əsas komandada çıxış edir. Artıq 6 ildi orta xətdə vacib oyunçulardan sayılır. Amma nəhəng klubda hamıdan az – ilə 1,17 milyon avro qazanır. 25 yaşlı Skott iki il əvvəl MY ilə müqaviləsini yeniləyərkən boslardan maaaşının artırılmasını istəməmişdi...

RAMİL YUSİFOV hazırladı

Maraqlıdı...
Son mövsümün ilk dövrəsində “Fiorentina”nın bənövşəyi formasında A seriyasında 21 oyuna 17 qol vuran Duşan Vlahoviçin illik məvacibi 1 milyon avro idi. AÇ-2020-də Almaniya yığmasının ən yaxşı oyunçularından olan Robin Qosens isə “Atalanta”da yalnız 800 min avro qazanırdı. Vlahoviç yanvarda “Yuventus”a, Qosens isə “İnter”ə keçməklə maaş artımına nail oldu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2022, 23:0

"Real"dan yarımmüdafiəçisinə yeni müqavilə təklifi

Dünya futbolu

2-06-2022, 20:0

Ukraynalı futbolçu ÇL-in qalibi sayılmadı

Dünya futbolu

2-04-2022, 13:0

“Real”ın oyunçuları sıraya döndülər

Dünya futbolu

9-05-2022, 12:0

La Liqada “Real”ın formasında ilk oyununu keçirdi

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 175
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə