"Bild" nəşri "Bavariya"nın ən çox maaş alan futbolçularının siyahısını hazırlayıb.
"Football-plus.az" xəbər verir ki, ilk pillədə klubun yeni transferi Sadio Manedir. 30 yaşlı seneqallı hücumçunun maaşı illik 22 milyon avrodu. Qapıçı Manuel Noyer 2-ci (21 milyon avroya qədər), forvard Tomas Müller 3-cüdü (20,5 milyon avro). Yarımmüdafiəçilərdən Leroy Zeyn və Kinqsli Koman 4-cü yerdədirlər - 20 milyon avro. Digər yarımmüdafiəçi Yosua Kimmix 19,5 milyon avro məvaciblə 6-cı pillədə qərarlaşır. Serj Qnabri isə 7-cidir (19 milyon avro).
Bu yay "Yuventus"dan transfer olunan müdafiəçi Matteys de Liqt isə illik 16 milyon avro qazanır.