• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın yumruğu - YAZI

Aktual / Yazarlar

3-03-2023, 14:0

Bəli, “Qarabağ”ın Belçika səfərindən əliboş dönməsi, Konfrans Liqasında mübarizəni dayandırması komandanın düşərgəsində gərginlik yaratmışdı.

Bu gərginlik həm narazı azarkeş qrupunun, həm də pusquda dayanan bir dəstə “mütəxəssis”in əlinə geniş fürsətlər verdi. Həmin fürsətcil qrup da Azərbaycan futbolunun hansı reallıqlar içində var olduğunu unudaraq, azarkeşlərin duyğularını istismar etməyə başladı. Guya futbolumuz güllü-gülüstan içindəymiş, Azərbaycanın digər klubları indiyə qədər dəfələrlə avrokuboklarda yarımfinal və final görüblər, təkcə “Qarabağ” ölkənin adını batırdı, Belçika təmsilçisinə uduzdu. Ay sizi, xatakarlar. Bir başınızı qaldırın, ətrafınıza göz gəzdirin, ölkə futbolunun durumuna baxın, “Neftçi”nin, “Sumqayıt”ın, “Qəbələ”nin, “Zirə”nin avrokuboklarda neçə mərhələ keçdiyini xatırlayın.

Əsla “Qarabağ”ı tərifləyib, başqa klubları yamanlamaq niyyətim yoxdu. Hazırkı duruma görə nə “Neftçi” günahkardı, nə də “Qəbələ”. Onların məşqçilərinin də, futbolçularının da bacardığı budu. Atalar demişkən, varını verən utanmaz. Biz də onların bacarığına yaxşı bələdik. Ona görə də avrokubokların ilkin təsnifat mərhələsində məğlub olub, Azərbaycan premyer-liqasına “köklənən” klublarımızı da qınamırıq. İllərdi deyirdilər ki, “Neftçi” çempion olan kimi avrokuboklarda tarix yazacaq. İddialara görə, çempion olan komandanın yolu daha hamar olur, qrupa düşmək asanlaşır. “Neftçi” çempion da oldu, amma gücü təkcə qonşu Gürcüstanın “Dinamo”suna çatdı. Ondan sonra pillə-pillə Çempionlar Liqasından Konfrans Liqasına qədər “sürüşdü” və nə mərhələ adlaya bildi, nə də qələbə qazana. Çünki komandanın buna gücü yoxdu, səviyyəsi beynəlxalq yarışda uğur qazanmağa yetərli deyil. Azərbaycan futbolunun ümumi səviyyəsi budu, bizimkilərin ilkin mərhələdə uduzması da həmin səviyyənin göstəricisidi. Sadəcə, “Qarabağ” bu acı reallığı pozub, futbolumuzun səviyyəsindən qat-qat irəli gedib, zirvələrə yüksəlib. Həmin o azarkeş qrupu və fürsətcil mütəxəssislər də şirin yuxuya gedib, özlərini buludların arasında hiss edir. Yerə enmək, reallıqları görmək kimlərəsə sərf etmir.

Parisə mühacirət edən AFFA-nın sabiq baş katibi və vitse-prezidenti Elxan Məmmədov Rövnəq Abdullayevi FİFA prezidenti Canni İnfantinonun qəbuluna aparıb. AFFA prezidenti FİFA-nın birinci şəxsi ilə görüşəndən sonra video-açıqlama da verib. Bir necə dəfə qulaq asın, lap elə onun sözlərini mətn şəklində kağıza köçürüb, yenidən oxuyun. Görün ki, ilin-günün bu vaxtında niyə görüşüblər, hansı faydalı məsələni müzakirə edib, konkret qərar qəbul ediblər? Bəlkə də məsələyə birbaşa dəxli yoxmuş kimi görünür. Amma inanın ki, elə deyil. Bu gün Azərbaycan millisinin əcnəbi baş məşqçisi öz tanış menecerlərini ölkəmizə dartıb, klublara futbolçu transfer etdirir. Onun əməllərindən də başqaları ilhamlanır, özünü cəzasızlıq mühitində hiss edir, kimsənin onlardan hesabat istəməyəcəyinə əmin olur. Buyurun, “Neftçi”nin rımıniyalı çalışdırıcısı Laurentsiu Regekampf eyni rəqiblə oyunda azərbaycanlı futbolçu İsmayıl Zülfüqarlını əvəzetmədən oyuna buraxır, sonra da onu meydandan çıxarır. Başqa yerdə bu cür özbaşınalıq edə bilərlər? Bilməzlər, dostlar. Klub rəhbərliyi adamın yaxasından yapışar ki, bu nə həngamədi? Futbolçunu meydana buraxmağın nədi, 15 dəqiqə sonra onu əvəzləməyin nə? Nə üçün dəyişiklik hüququndan belə boş-boş istifadə edirsən, oyunun gedişini oxuya bilmirsən?

Tərifli Murad Musayevə baxın. Artıq neçənci dəfədi ki, onun çalışdırdığı “Sabah” “qara zolağ”a düşür, böhran yaşayır, potensialından aşağı çıxış edir. Mövsümün oyunlarını, “Sabah”ın kubokda mübarizəni dayandırmasını təhlil edin. Heç bir halda çətin məqamda geridönüş edə, xarakterini ortaya qoya bilməyib. Sanki mövsümün mübarizəsi “Qarabağ”la oyunlardı, orda özünü göstərdinsə, kifayətdi. Bu qədər milyonlar xərclənən komandanın məşqçisinin meydanda nə lider futbolçusu var, nə də B planı. Çətinə düşən kimi hakimlərlə mübahisə edir, özünü texniki zonadan qovdurur, vəssalam. Sonra da danışmağa mövzu çıxır, iddia edirlər ki, Azərbaycanda Musayevə qarşı haqsızlıq var.

Bütün bunları ona görə xatırladıram ki, Azərbaycan futbolunun reallıqlarını, ona rəhbərlik edənləri, burda at oynadan əcnəbiləri gözünüzün önünə gətirəsiz. Və görəsiz ki, “Qarabağ”ın bu üfunətli cəngəllikdən baş qaldırması, boy atması, Azərbaycan futbolunu gözəlləşdirməsi, məğlubiyyətlərə vərdiş edən azarkeşləri sevindirməsi bir möcüzədi. Çoxları gərgin vəziyyətdə olan “Qarabağ”ın “Neftçi”yə məğlub olacağını gözləyirdilər. Ki, böhranın dərinləşməsi ilə bağlı yeni tezislər irəli sürüb, meydan sulasınlar. Amma “Qarabağ” buna imkan vermədi. Yumruğunu meydanın düz mərkəzinə vurdu ki, mən burdayam, heç yerə getməmişəm! Bizi avrokuboklarda sevindirmək missiyası yenə onların üzərindədi. Səbirli olaq, yayı gözləyək.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Ölkə futbolu

20-02-2023, 14:0

Şeydayev 6-cı uğursuzdu, Andrade 7-ci qolunu vurdu

Aktual
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
Son xəbərlər
  • Bu gün, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Bu gün, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Bu gün, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə