Azərbaycan klubları indiyə qədər avrokuboklarda 5 penalti boşa vermişdi. “Gent”in qapıçısı Devi Rufla mübarizədən məğlub ayrılan Ramil Şeydayev avrokuboklarda çıxış tariximizə 6-cı uğursuz kimi düşdü.
tarix oyun penaltini qaçıran
22.08.1995 Austriya (Vyana, Avstriya) – Kəpəz 5:1 Faiq Cabbarov
28.07.2005 Xəzər Lənkəran – Nistru (Ataki, Moldova) 1:2 Miroslav Saviç
10.07.2014 İnter – Tiraspol (Moldova) 3:1 Baçana Sxadadze
24.11.2016 Qəbələ - Anderlext (Belçika) 1:3 Rikardinyo
01.08.2018 Qarabağ – Kukesi (Albaniya) 3:0 İnnosent Emeqara
16.02.2023 Qarabağ – Gent 1:0 Ramil Şeydayev
“Gent”lə oyunda yeganə qolun müəllifi Leandro Andrade isə “Qarabağ”ın heyətində avrokuboklarda ilk dəfə fərqləndi. O, “Qarabağ”da ümumilikdə 7-ci qolunu vurdu. Ölkə çempionatında 5, kubokunda isə 1 dəfə fərqlənib.