• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Serxio Ramos yığmadan incik getdi - TƏHLİL

AÇ

3-03-2023, 11:0

Biz artıq Serxio Ramossuz İspaniya yığmasına öyrəşmişik.

Müdafiəçinin sonuncu Avropa çempionatından kənarda qalmasının səbəbi aydındı: 2021-ci ilin əvvəlindən zədələrdən əziyyət çəkən müdafiəçi yalnız bir neçə oyun keçirmişdi və elementar şəkildə turnirə hazır deyildi. Onda Luis Enrike özünü maksimal dərəcədə düzgün apardı. Baş məşqçi ona “kapitan” dedi, “az eqoist olmağı” və bərpa prosesinə köklənməyi məsləhət gördü, həmçinin futbolçu ilə görüşməyi lazım bildi. Ağır keçən söhbətin detallarını Luis Enrike açıqlamadı. Baş məşqçi də əziyyət çəkirdi. Həm də o səbəbdən ki, Ramos sonuncu zədəni məhz heç vaxt düşərgəsinə qatılmaqdan boyun qaçırmadığı yığmada almışdı. DÇ-2022-nin Kosovoya qarşı seçmə oyununda (martın 31-də) onun heç meydana çıxmasına ehtiyac da yox idi. Hə, uzaqbaşı dünyada yığma səviyyəsində keçirilən oyunların sayına görə 3-cü olmaq üçün buna göz yummaq olardı. Həmin gün Ramos peşəkar karyerasına başladığı Sevilyada 180-ci dəfə “qırmızı furiya”nın formasını geydi və cəmi 4 dəqiqə oynadı... Hər şeyin bununla bitdiyinə inanmaq çətin idi. Belə görünürdü ki, artıq AÇ-2020-də Serxio dünya rekordunu qıracaq, ancaq müdafiəçi klubun düşərgəsinə bütün planların üstündən xətt çəkən zədə ilə döndü. İrəlidə “Real”ı “Liverpu”la Çempionlar Liqasının 1/4 final oyunları gözləyirdi, yığmanın ünvanına ittihamlar yağmağa başlasa da, Zinəddin Zidan ehtirasları sakitləşdirdi: “Bu duruma görə heç kimi günahkar deyil – nə yığma, nə də “Real”. Bu futboldu, təəssüf ki, zədələr də olur. İstəyirik ki, Serxio mümkün qədər tez sağalsın”.
Bir neçə aydan sonra “Real”la həm Zidan vidalaşdı, həm də yeni çağırış arxasınca PSJ-yə yollanan Ramos. Ancaq Parisdəki ilk ildə yığma onu maraqlandıran ən sonuncu məsələ idi. Zədələr yaxasından əl çəkmirdi, bu üzdən Fransa çempionatında debütü 2021-ci il noyabrın sonuna qədər gözləmək lazım gəldi. Mövsümün sonunda veteran müdafiəçinin “oyun” xanasının önündə 13 rəqəmi dayanmışdı, Çempionlar Liqasında isə bir dəfə adı iştirak ərizəsinə düşmüş, onda da ehtiyatda qalmışdı.

Puç olan ümidlər

Ancaq Ramos təslim olmağa öyrəşən adamlardan deyil. Cari mövsümə o, sağlam və oynamağa hazır vəziyyətdə başladı. Rekord sayda – karyerasındakı 5-cü dünya çempionatından sonra yığma ilə vidalaşmaq isə çox gözəl final kimi görünürdü. İspaniya yığmasının sifariş ərizəsinin açıqlanmasına bir neçə gün qalmış Ramos belə deyirdi:

“Hamı bu rənglərin şərəfini qorumaq imkanının hansı məna daşıdığını bilir. Yenidən özümü yaxşı hiss edirəm, hazıram. Əlbəttə, hər şey təkcə məndən yox, çox hörmət etdiyim Luis Enrikedən də asılıdı. Yığmaya dönməyi və DÇ-2022-də çıxış etməyi arzulayıram. Ümid edirəm ki, Qətərə yollanacam”.

Ancaq məşqçi qərarı bu arzunu futbolçunun gözündə qoydu, hərçənd məhz belə olacağını proqnozlaşdırmaq mümkün idi. Ramosun hər 3 gündən bir meydana çıxdığı sentyabrda Luis Enrike demişdi ki, mən güclüləri çağırıram, Serxio isə belələrinin sıralarına daxil deyil.

İspaniya yığması dünya çempionatına Ramossuz yollandı və qəmli nəticə ortadadı: komanda pley-offun ilk mərhələsində mübarizəni dayandırdı, Serxionun PSJ-dəki komanda yoldaşı Hakimi isə həlledici penaltidən sonra Enrikeyə müdafiəçini xatırlatdı. Ramos Paris klubunda qol vurduğu anlarda hansı hərəkəti edirdisə, mərakeşli ulduz da yığmanın zəfərini qeyd edərkən onu təkrarladı. Serxio özü həmin məğlubiyyətə düzgün reaksiya verdi. “Qayıdacaq və daha güclü olacağıq” yazan veteran müdafiəçi hələ özünü yığmanın bir hissəsi saydığını bildirmək istəyirdi.

Ağrı

“Qırmızı furiya” Qətərdən qayıdandan sonra yeni dönəmə qədəm qoydu. Enrikeni əvəz edən Luis de la Fuente müqavilə imzalayandan sonra hələ 15 yaşı olan Ramosu necə çalışdırdığını xatırladı, yığmanın qapılarının hamının üzünə açıq olduğunu dedi, pasporta baxmayacağını vəd etdi və veteranın ünvanına kompliment söyləməkdən çəkinmədi. Müstəsna, fantastik, yığmanın tarixi – daha hansı epitetlər səslənmədi ki?!
Məşqçi yalan danışırdı? İndi İspaniyada çoxları əmindi ki, məhz elə belə olub. Yanvarın 31-də Ramosla bağlı birbaşa suala mütəxəssis belə cavab vermişdi: “Onun şansı var”. Amma üç həftə sonra vəziyyətin dəyişdiyinə dair işarə verdi.

Ramosun vida açıqlamasına baxaq:

“Bizim əziz yığma ilə vidalaşmağın zamanı gəldi. Bu gün səhər indiki baş məşqçi zəng etdi və bildirdi ki, heç nəyə baxmayaraq, mənə bel bağlamır və bağlamayacaq da. Mənim bundan sonra hansı səviyyəni göstərəcəyimdən və karyeramın necə davam edəcəyindən asılı olmayaraq. Böyük təəssüf hissi ilə bildirirəm ki, bu, uzanacağına və yaxşı bitəcəyinə ümid etdiyim səyahətin sonudu”.

Əlbəttə, De la Fuente bir məşqçi kimi istənilən qərarı vermək hüququna malikdi və yeni komanda quruculuğu prosesində martda 37 yaşını tamamlayacaq veterandan imtina anlaşılandı. Aydın olmayan bir məqam var: bu qərarı ləngitməyin və yığma üçün bunca fədakarlıqlar edən Serxionu ümidləndirməyin mənası nə idi? Məhz bu üzdən Ramosun belə ağrılı, incik reaksiyasını qəbul etmək mümkündü.
Bu emosiyalar futbolçunun müraciətinin hər abzasında duyulur. Müraciətdə yaşa, sadəcə, oyun səviyyəsinə dəxli olmayan zaman xarakteristikası kimi baxılır. Müdafiəçi vurğulayır ki, yığma ilə vidalaşmaya özü qərar verməliydi, ya da oyun səviyyəsinə yığmanın standartlarına uyğun olmamalıydı. Ramos milli komandada hələ də ehtiyac duyulan, heç də gənc olmayan, dəyərlərin və ənənələrin daşıyıcısı rolunu oynayan Modriç, Messi və Pepeye qibtə etdiyini də gizlətmir. Faktiki Ramosun müraciətinin yalnız sonluğu bir qədər pozitiv xarakter daşıyır. Həqiqətən də, Serxio yığmadan başıuaca ayrılır. Qazandığı titullardan doğan qürur hissi ilə və yığmanın onu necə xoşbəxt etməsi ilə bağlı düşüncələrlə. Əlbəttə, bu futbolçu yığmada möhtəşəm tarix yazmışdı və fərqli şəkildə ayrılmağı haqq edirdi. Amma indi həm özü, həm də “qırmızı furiya”nın milyonlarla azarkeşi ağrı yaşayır.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-03-2022, 16:0

Ramos iki aydan sonra ilk dəfə...

Dünya futbolu

23-02-2023, 23:0

Ramos milli karyerasını başa vurdu

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 20:55
    Milli komandada yeni təyinat
  • Bu gün, 20:24
    Yeni kapitan oldu
  • Bu gün, 19:53
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 208
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 196
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə