"Neftçi"nin yeni transferi Kilan Lebon "ağ-qaralar"a keçidi haqda fikirlərini bildirib.
Football-plus.az xəbər verir ki, fransalı vinger şəxsi "instaqram" hesabındakı paylaşımda bunları yazıb:
"Bu kluba qoşulmaq necə gözəl hissdi. Bu formanı geyinəcəyim üçün şərəf duyuram və çox şadam. Azarkeşlərə təşəkkür edirəm. Şərhlərinizi və mesajlarınızı görürəm. Ümid edirəm ki, bunların qarşılığını meydanda verəcəm".
"Neftçi" Lebon ilə "1,5+1" illik müqavilə imzalayıb.