"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Football-plus.az xəbər verir ki, "ağ-qaralar" Qazaxıstanın "Astana" klubundan Kilan Lebonu transfer edib.
Paytaxt təmsilçisi yeni oyunçusunu xüsusi video ilə təqdim edib. Fransalı vingerlə imzalanan müqavilənin detalları açıqlanmayıb.