Mediada yazılan məlumata görə, “Neftçi” fransalı sol cinah vingeri Kilan Lebonla anlaşıb.
Football-plus.az xəbər verir ki, yaxın günlərdə 25 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlanacaq.
Karyerasına vətənində - “Amyen”də başlayan futbolçu Fransanın “Paris-2”, “Şambli”, “Qazalek” və “Kretey” komandalarında çıxış edib. 2019-cu ildə Niderlandda “Utrext”in ikinci komandasında forma geyib. 2020-də Bolqarıstan “Beroe”siylə müqavilə bağlayıb. İki il burda oynayan vinger ötən ilin avqustunda “Astana”ya keçib. Amma Qazaxıstan klubunda rəhbərliyin dəyişməsi və bir çox legionerin ayrılması onun da qərarına təsir edib. Lebon “Beroe”də keçirdiyi 46 oyunda 3, “Astana”da isə 13 oyunda 2 qol vurub.
İLKİN SULTANLI