Nazim beşinci liqa klubuna keçdi

19.01.2023 16:19 310
Premyer-liqa
"Neftçi”nin yetirməsi Nazim Məmmədzadə İspaniyada klubunu dəyişib.

Football-plus.az xəbər verir ki, 22 yaşlı müdafiəçisi “Marino”ya keçib.

2022-ci ilin oktyabrından İspaniya “Moralo”sunda çıxış edən futbolçu 5-ci liqa təmsilçisiylə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.

Məmmədzadə 2022-ci ilin fevralında “Neftçi”ni Şimali Makedoniya “Renova”sına dəyişmişdi.