Afrikalı hücumçu "Sabah"a keçdiyi üçün Tanrıya şükür edir

19.07.2022 10:37 418
Premyer-liqa
“Sabah”ın yeni transferi Emmanuel Apeh şəxsi "instaqram" hesabında paylaşım edib.

Football-plus.az xəbər verir ki, nigeriyalı hücumçu "bayquşlar"a keçidi haqda fikirlərini izləyiciləri ilə bölüşüb:

“Yeni macəraya başlayacağım üçün çox həyəcanlıyam. Hər şey üçün Tanrıya şükür. Məni dəstəkləyənlərə və xoş arzularını bildirənlərə təşəkkür edirəm. İrəli, “Sabah”!

Qeyd edək ki, paytaxt təmsilçisi Apehlə 2 illik müqavilə imzalayıb.