• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ-2022-dən sonra yığmadan ayrılanlar

DÇ

30-12-2022, 22:0

DÇ-2022-nin final mərhələsi bir çox tanınmış futbolçunun beynəlxalq karyerasında sonuncu turnir oldu.

Diqqəti cəlb edən əsas cəhət onların milli forma ilə məyus halda vidalaşması idi. Halbuki Qətərdə keçirilən mundial ərəfəsində hamısı nikbin notlara köklənmişdilər...

Eden Azar
(Belçika)
Belçika yığması dünya çempionatına əvvəlki turnirin bürünc mükafatçısı kimi gəlmişdi. Dekabrın 18-də sona çatan mundial “qırmızı iblislər” üçün faciəvi alındı. Roberto Martinesin komandası Kanada üzərində çətinliklə qələbə qazanandan (1:0) sonra Mərakeşə məğlub oldu (0:2). Xorvatiya ilə matçda qeydə alınan qolsuz heç-heçə isə belçikalıların qrup mərhələsindən sonra evə qayıtmasını qaçılmaz etdi. Beləliklə, imkanları yüksək dəyərləndirilən komandanın mundial macərası yalnız 3 oyundan ibarət oldu.

Qətərdəki turnir belçikalılar üçün həm də qalmaqalla yadda qaldı. Bu arzuolunmaz əhvalatda isə Eden Azar xüsusi rol oynadı. Belçika KİV-inə sızan informasiyaya görə, Martinesin ona 100 faiz etimad göstərməsi paltardəyişmə otağında ciddi narazılıq doğurub. Baş məşqçinin yarımmüdafiəçinin son illərdəki zəif göstəricilərini nəzərə almaması bəzi aparıcı futbolçuların xoşuna gəlməyib. Hər necə olsa, Xorvatiya ilə oyun ispaniyalı mütəxəssisin baş məşqçi vəzifəsindəki son sınağı oldu.

Eden isə bir neçə gün fikirləşəndən sonra yığma karyerasını başa vurduğunu bəyan etdi. 31 yaşlı futbolçu bu haqda sosial şəbəkə hesablarında belə yazdı:

“Bu gün son səhifəni çevirirəm. Sevginiz üçün minnətdarlıq edirəm. Misilsiz dəstəyinizə görə təşəkkür edirik. 2008-ci ildən bəri birlikdə keçirdiyimiz bütün gözəl anlar üçün minnətdaram. Bu gün milli komandadakı karyeramı başa vurmaq qərarına gəldim. Gələcək nəsil artıq hazırdı. Mən sizin üçün darıxacağam”.


O, milli formada 2008-ci il noyabrın 19-da debüt etmişdi. Onda 17 yaşında idi, Lüksemburqla yoldaşlıq matçında ölkənin əsas komandasında ilk dəfə oynamaq şansı qazanmışdı. Azar o vaxtdan yığmada keçirdiyi 126 oyunda 33 qolun və 36 məhsuldar ötürmənin müəllifi oldu. 56 matçda kapitan sarğısını daşıyan futbolçu indi bütün diqqətini klubuna yönəldib. Son günlər məşqlərdə səylə çalışan Eden braziliyalı Vinisius Juniorla rəqabətdən qalib çıxmaqda və “Real”ın əsas heyətinə qayıtmaqda qərarlıdı.

Tomas Müller
(Almaniya)
“Biz birlikdə inanılmaz anlar yaşamışıq. Özüm milli formada keçirdiyim hər oyunda ürəyimi meydanda qoymağa çalışmışam. Mən yığmadakı işimi böyük sevgi ilə görmüşəm” - bu fikirlər Tomas Müllerə məxsusdu. O, qrup mərhələsinin 3-cü turunun Kosta Rika ilə oyunundan (4:2) sonra milli futbolçu kimi son açıqlamasını belə vermişdi.

Heç şübhəsiz, Tomas Almaniya yığmasının əfsanəsidi. Son vaxtlar bud nahiyəsində problemlər yaşasa da, Qətərə yollanmışdı. Lakin baş məşqçi Hans-Diter Flikin ona bəslədiyi ümidləri doğrulda bilmədi. Təcrübəli hücumçu 3 oyunda nə qol vurdu, nə də məhsuldar ötürmə verdi.

33 yaşlı Müller bundestimdə 2010-cu ildən oynayırdı. Debütü Argentinaya qarşı yoldaşlıq matçına təsadüf etmişdi. Həmin oyundan sonra Cənubi Afrikada keçirilən dünya çempionatına yollanan komandanın yekun iştirak ərizəsinə düşmüşdü. Mundialda 5 qol vurmaqla ən yaxşı bombardir adını qazanmışdı. İlk qolunu Almaniyanin 4:0 hesabı ilə darmadağın etdiyi Avstraliyanın qapısına vurmuşdu. 4 ildən sonra dünya çempionu oldu! Tomasın mundialda ümumilikdə 10 qol vurub 6 məhsuldar ötürmə verdiyini də bildirək.

Serxio Buskets
(İspaniya)
DÇ-2010-un və AÇ-2012-nin qalibi olan 34 yaşlı Serxio Buskets İspaniya yığmasındakı çıxışını başa vurduğunu sosial şəbəkə vasitəsilə emosional şəkildə bəyan etdi:
“Təxminən 15 ildən və 143 oyundan sonra milli komanda ilə vidalaşdığımı bildirirəm. Məni bu uzun yolda müşayiət edən hər kəsə təşəkkür edirəm: mənə debüt şansı verən Visente Del Boskedən sonuncu məşqçi Luis Enrikeyə qədər hamıya minnətdaram. Komanda yoldaşlarıma, yığmanın bütün personalına və federasiyanın rəhbərliyinə təşəkkür edirəm. Azarkeşlərə və ailəmə “sağ olun” deyirəm. Siz mənə həmişə, hətta işlər qaydasında olmayanda da dəstək vermisiz”.


Buskets İspaniya millisində 2009-cu ildən çıxış edirdi. “Barselona”nın 34 yaşlı yarımmüdafiəçisi 143 matç keçirdiyi yığmada 2 qolun və 9 məhsuldar ötürmənin müəllifi oldu. Onun milli formadakı son oyunu da uğursuz alındı: komanda 1/8 finalda gözlənilmədən Mərakeşə məğlub oldu. Serxio mundialda heç bir məhsuldar fəaliyyəti ilə yadda qalmadı. Buna baxmayaraq, hamı onun milli formadakı çıxışını yalnız müsbət fikirlərlə dəyərləndirir. Sabiq komanda yoldaşı, hazırda “Barselona”nı çalışdıran Xavi Ernandesi dinləyək:
“Bu, əvvəl-axır vaxtı çatdığını hiss edərkən verdiyiniz şəxsi qərardı. O, tarixə düşən futbolçudu, futbolun gördüyü ən yaxşı yarımmüdafiəçilərdən biridi. Və əlbəttə ki, İspaniya yığmasının tarixinə düşən ən yaxşı dayaq yarımmüdafiəçisidi”.


Qətərdəki uğursuzluğa görə baş məşqçi vəzifəsini tərk edən Luis Enrike ilə onun xələfi Luis de la Fuente Busketsi yığmada qalmaq üçün dilə tutmağa çalışsalar da, cəhdləri müsbət nəticə vermədi.

Andre Onana
(Kamerun)
Kamerunlu qapıçı 26 yaşında milli formanı bir daha daşımamaq qərarına gəlib. Onun qərarı heç də futbolla bağlı səbəbə görə deyil. Onana üçün dünya çempionatı hələ qrup mərhələsi yenicə başlayandan sonra bitdi. Qapıçı İsveçrə ilə ilk matçda (0:1) cərimə meydançasından kənarda topa 26 dəfə toxunmuşdu. Bu, dünya çempionatında qapıçılar üçün yeni rekord idi. Baş məşqçi Riqober Sonq ondan oyun üslubunu dəyişməyi tələb etdi. Ancaq əlcək sahibinin bu planda düşüncəsi fərqli idi. Çalışdırıcı onunla razılaşmayan futbolçunu Serbiya ilə növbəti oyunda (3:3) ehtiyatda saxlamaq qərarına gəldi. Belə vəziyyətlə barışmayan Onana yığmanın düşərgəsini tərk edərək Kamerunun paytaxtı Yaundeyə qayıtdı. Qalmaqallı vəziyyətə Samuel Eto’O müdaxilə etdi. Lakin Kamerun Futbol Federasiyasının prezidenti tərəflər arasındakı ciddi fikir ayrılığına son qoya bilmədi.

Andre isə mundialdan sonra yığmadakı çıxışını birdəfəlik dayandırdığını bəyan etdi. Kamerun millisində 2016-cı ildən çıxış edən, bu komandada 34 oyun keçirən “İnter”in qapıçısı sosial şəbəkə hesabında bu cümlələri yazdı: “Kamerun yığmasındakı macəram sona çatdı. Amma mən kamerunlu kimi qalacaq və ölkəmin komandasını bütün turnirlərdə dəstək verəcəyəm”.

Kərim Benzema
(Fransa)
“Real”ın hücumçusu Qətərin stadionlarında bir dəfə də görünmədi. Ona turnir ərəfəsində keçirilən məşqdə aldığı növbəti zədə mane oldu. Bir müddət keçəndən sonra Fransa yığmasının paltardəyişmə otağındakı ab-havanın məhz Benzemaya görə gərgin olduğu iddia edildi. Yerli mənbələr onun “Real”ın düşərgəsinə geri göndərilməsinin əksər futbolçularda rahatlıq yaratdığını da vurğuladı. Sən demə, “Qızıl top”un yeni sahibi çoxları üçün “zəhərləyici” sayılırmış.

Baş məşqçi Didye Deşam Kərimin adını 26 nəfərlik iştirak ərizəsindən çıxarmağı lazım bilmədi. Buna baxmayaraq, futbolçu komandanı azarkeş kimi dəstəkləmək üçün Qətərə qayıtmaq istəmədi. O, hətta Fransanın prezidenti Emmanuel Makronun final matçına şəxsi dəvətini də geri çevirdi. Finalın ertəsi günü isə belə açıqlama verdi: “Mən öz tariximi yazmışam və indi bizim ümumi tariximiz sona çatır”. Benzema bu fikri ilə “xoruzlar”ın sıralarına qayıtmağın mümkün olmadığını bildirdi.

Onun beynəlxalq karyerası, belə desək, qırıq-qırıq olan hissələri xatırladır. Yığmadakı çıxışında bir neçə dəfə zədələrə görə fasilə yaranan hücumçu 2015-ci ildə Matye Valbuenanın şantaj əhvalatındakı iştirakı səbəbi ilə komandadan kənarlaşdırılmışdı. 2021-ci ildə bağışlanan Kərimin “üçrənglilər”in 97 oyununda iştirak etdiyini və 37 qol vurduğunu da bildirək.

Luis Suares
(Uruqvay)
Suares uzun illər ərzində Uruqvay yığmasının ulduz futbolçusu sayılmaqdan başqa DÇ-2010 və DÇ-2014-də ən çox maraq doğuran xəbərlərin səbəbkarı da olub. Cənubi Afrikada keçirilən mundialda sonluğu ən çox əsəb gətirən matçlardan birinin qəhrəmanı məhz o olub. 1/4 finalın Qana ilə oyununun sonuna yaxın əli ilə topun qapıya daxil olmasının qarşısını alan Suares həm rəqibə penalti qazandırdı, həm də haqlı olaraq meydandan qovuldu. Lakin uruqvaylıların bəxtindən Asamoa Qyan penaltini qola çevirə bilmədi və Uruqvay yarımfinala çıxdı.

Hücumçu 2014-cü ildəki hərəkəti ilə komandasını növbəti dəfə çətinə saldı. Qrup mərhələsinin sonuncu oyununda italiyalı Corco Kyellininin çiynini dişlədi. Buna görə dərhal cəzalanmasa da, matçdan sonra 4 aylıq diskvalifikasiyadan qaça bilmədi. Özü də FİFA-nın sanksiyası onun futbolla bağlı istənilən fəaliyyətini qadağan etdi. Hətta klubunun məşqlərində iştirakı və stadionlara gəlməsi də yasaqlandı.

35 yaşlı Suares Qətərdə ardıcıl 4-cü dünya çempionatında iştirak etdi. Finalda Lionel Messi ilə qarşılaşacağına ümid edirdi. Lakin Uruqvay yığması mübarizəni qrupdaca dayandırmalı oldu. Hələ ötən il DÇ-2022-dən sonra formasında 137 oyuna 68 qol vurduğu milli komanda ilə vidalaşacağını bildirmişdi: “Birincisi, bu addımı yaş amilinə, ikincisi isə gənc futbolçulara görə atacağam. Gənclərin şansı olmalıdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-11-2022, 22:0

Belçika millisində yeni təyinat

DÇ

1-12-2022, 23:0

21-ci əsrdə ilk dəfə

Aktual
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
Son xəbərlər
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
Daha çox
Oxunub: 406
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 191
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 176
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə