• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ-2022 klubları nə qədər irəli salıb?

DÇ

30-12-2022, 18:0

DÇ-2022-nin final mərhələsinin ilk dəfə iyun-iyulda yox, noyabr-dekabr aralığında keçirilməsi əsasən Avropa klublarının məşqçilərində narazılıq doğurmuşdu.

Onları anlamaq çətin deyildi. Hansı mütəxəssis mövsümün gedişində daxili yarışların bir aylığa dayandırılmasını və futbolçuların müxtəlif yığmaların düşərgəsinə yollanmasını normal qarşılayardı?!

FİFA 209 milyon dollar itirib

Onları qayğılandıran amil oyunçuların dünya çempionatında zədə almaq riski və klubların düşərgəsinə yorğun qayıtmaq ehtimalı idi. Klub məşqçiləri hələ Qətərin mundialın təşkilatçılıq hüququnu qazanmasından dərhal sonra gileylənməyə başlamışdılar. Çünki 22-ci dünya çempionatının Asiya ölkəsində daha qızmar keçən yayda baş tutmayacağı böyük ölçüdə məlum idi. Ancaq klublar nəyisə dəyişə bilməzdilər.

Artıq Qətərdə baş tutan mundial tarixə qovuşub. Yəni FİFA olduqca çətin görünən planı həyata keçirib. Təbii ki, nəhəng turnir Qətərlə birlikdə reallaşıb. Təşkilatçı ölkə ilə FİFA-nın müxtəlif qaynaqlardan kifayət qədər pul qazandığı aydın məsələdi.

Amma ali qurumun itkisi də yox deyil. FİFA hələ Rusiyada keçirilən DÇ-2018-dən əvvəl klubları bir qədər sakitləşdirmək üçün təzminat məsələsini ortaya atmışdı. Ali futbol təşkilatı bu dəfə də yığmalara oyunçu göndərən klublara ödəniş etməli olacaq. FİFA-nın bu planda itkisi 209 milyon dollar təşkil edib. Bu itkinin necə formalaşdığına aydınlıq gətirək. Klublar bir oyunçusunun turnirdəki bir gününə görə 10 min dollar qazanacaqlar. FİFA dünya çempionatının startından əvvəlki birhəftəlik hazırlıq prosesinə görə də pul itirəcək. Təzminat ödənişi qaydaları aşağıdakı kimidi:

* komandası mübarizəni qrup mərhələsində dayandıran oyunçuya görə 180 min dollar;
* komandası mübarizəni 1/8 finalda dayandıran oyunçuya görə 220 min dollar;
* komandası mübarizəni 1/4 finalda dayandıran oyunçuya görə 280 min dollar;
* komandası yarımfinala çıxan oyunçuya görə 370 min dollar (yarımfinala vəsiqə qazanan 4 komanda turnirdə maksimum sayda – 7 oyun keçirib).

Qaydalarda bir detal da aydın şəkildə qeyd edilib. FİFA-nın ödəyəcəyi təzminatı hər klub tam şəkildə xəzinəsinə daxil edə bilməyəcək. Belə ki, yalnız mundiala göndərdiyi oyunçuya 2020/21 mövsümünün əvvəlindən sahib olan klublar təzminatı bütöv halda ala biləcəklər. Əks halda FİFA-nın ödəyəcəyi vəsait bölünəcək. Bu qaydanı bir misalla izah edək. Argentina ilə finala qədər irəliləyən Anxel Di Mariya FİFA-nı 370 min dollar geri salıb. Ancaq “Yuventus” bu qədər pulun yalnız üçdəbirinə sahib olacaq. Ona görə ki, təcrübəli yarımmüdafiəçi İtaliya klubunda yalnız cari mövsümdən çıxış edir. Deməli, təzminatın üçdəikisi önun əvvəlki klubu PSJ-nin xəzinəsinə daxil olacaq. Maraq üçün 34 yaşlı Di Mariyanın parislilərin formasını 2015-ci ildən bəri geydiyini xatırladaq.

“Mançester Siti” daha çox irəli düşüb
Qətərdəki mundialda ən çox oyunçu ilə təmsil olunan klub “Barselona”dı. İspaniya nəhəngi yalnız turnirin startı ərəfəsində bu planda liderliyi ələ aldı. Məsələ ondadı ki, “Valensiya”nın müdafiəçisi Xose Luis Qayya dünya çempionatına bir neçə gün qalmış dabanından zədə aldı. İspaniya yığmasının həkimləri onunla bağlı geniş müayinədən sonra qərar verdilər və 27 yaşlı futbolçunun dünya forumunda çıxış etməsi mümkünsüzdü. Qayyanın yerini müdafiəçi Alexandro Balde tutdu. Nəticədə “Barselona” DÇ-2022-yə ən çox futbolçu göndərən klublar arasında birinci yerə çıxdı. Kataloniya klubunun mundiala dəvət alan futbolçularının sayı 17-yə çatdı. Qeyd edək ki, daha əvvəl bu göstəricidə “Bavariya” birinci idi. Ancaq Sadio Manenin zədələnərək Seneqal millisininin heyətindən çıxarılması “Barselona”nı lider etdi: “Bavariya”nın Qətərə yollanan oyunçularının sayı 16-ya düşdü.

Ancaq bu üstünlüyü “Barselona”nı DÇ-2022-yə görə ən çox qazanan klubların siyahısında birinci etməyib. Bunun səbəbi isə FİFA-nın təzminat ödənişi qaydalarında aydın göstərilib. “Barselona” oyunçularına görə 3,9 milyon dollar irəli düşüb. Ən çox qazanan klub isə 4 milyon dollarla “Mançester Siti”di. İngiltərə klubu 16 futbolçusunun dünya çempionatında hansı mərhələyə qədər irəliləməsinə görə bu qədər təzminat alacaq. Maraq üçün qeyd edək ki, MS və “Barselona”nın hərəyə 14 oyunçusunun komandası pley-offun müxtəlif mərhələlərində iştirak edib. “Bavariya”nın qazancı isə 3,8 milyon dollar olacaq. Bundestimin qrupda qalması Almaniya nəhənginin qazancını azaltsa da, münhenlilər bunu 4 fransalı oyunçusunun (Benjamen Pavar, Dayo Upamekano, Lukas Ernandes, Kinqsli Koman) finala vəsiqə qazanması ilə “sığortalayıblar”.

Diqqətinizə çatdırdığımız ilk cədvəldə 10-cu yeri tutan “Əl-Sədd”lə bağlı məqamı da izah edək. Qətər klubu mundialda 15 oyunçu ilə təmsil olunsa da, qazancı bu sayla müqayisədə elə də çox olmadı. Ona görə ki, təzminatın məbləği yalnız futbolçu sayı ilə ölçülmür, oyunçuların klubda nə vaxtdan çıxış etməsi də mühüm göstəricidi. “Əl-Sədd”in Qətər yığmasında çıxış edən 13 oyunçusu mundialın pley-offunda görünmədi. Doha klubu onlara görə 2,3 milyon dollar qazandı. Bu, əslində milli komandanın uğursuz çıxışı fonunda heç də kiçik təzminat sayıla bilməz. İş ondadı ki, 13 futbolçunun hamısı klubda 3 ildən çoxdu çıxış edir.

Bu mənada “Mançester Yunayted”də əks vəziyyət yaşandı. İngiltərə klubunun iki oyunçusu finala qədər irəlilədi. Lakin bu da var ki, “qırmızı şeytanlar”ın mundiala yolladığı 13 oyunçudan 6-sı komandaya yalnız bu yay qoşulub. Deməli, MY onlara görə təzminatın üçdəbirinə iddia edə bilib.
“Ayaks” isə sabiq oyunçularına görə 1 milyon dollar qazanıb. Niderland klubu argentinalılar Nikolas Talyafiko, Lisandro Martines, mərakeşli Nussair Mazrauinin uğurlu çıxışına görə (onların komandası yarımfinala çıxıb), həmçinin braziliyalı Antoniyə (1/4 final) və kamerunlu Andre Onanaya (qrup) görə təzminatın üçdəikisinə sahib çıxıb.


Nəzərinizə çatdırdığımız 2-ci cədvəldə də lider mövqeyində MS-di. İngiltərə nəhəngi DÇ-2018-ə görə ən çox qazanan klub olub. 4 il əvvəl klubların qazancının DÇ-2022 ilə müqayisədə daha yüksək olduğunu da vurğulayaq. Səbəb sadədi: Rusiyadakı dünya çempionatında komandaların iştirak ərizəsində 26 yox, 23 oyunçu olub. Yeri gəlmişkən, FİFA onda da klublara 209 milyon dollar təzminat ödəmişdi.

DÇ-2022-yə görə ən çox qazanan klublar
klub (ölkə) oyunçu ödəniş
1. Mançester Siti (İngiltərə) 16 4
2. Barselona (İspaniya) 17 3,9
3. Bavariya (Almaniya) 16 3,8
4. Real (İspaniya) 13 3,5
5. Atletiko (İspaniya) 12 3,3
6. Ayaks (Niderland) 11 3,2
7. PSJ (Fransa) 11 3,1
8. Çelsi (İngiltərə) 12 2,86
9. Yuventus (İtaliya) 11 2,7
10. Əl-Sədd (Qətər) 15 2,68
11. Mançester Yunayted (İngiltərə) 13 2,65

DÇ-2018-ə görə ən çox qazanan klublar
klub (ölkə) oyunçu ödəniş
1. Mançester Siti (İngiltərə) 16 5
2. Real (İspaniya) 15 4,8
3. Tottenhem (İngiltərə) 12 4,4
4. Barselona (İspaniya) 14 4,1
5. PSJ (Fransa) 12 3,9
6. Çelsi (İngiltərə) 12 3,8
7. Mançester Yunayted (İngiltərə) 11 3,7
8. Atletiko (İspaniya) 9 3,1
9. Yuventus (İtaliya) 11 3
10. Monako (Fransa) 8 2,9
Qeyd: ödənişlər milyon dollar ilə göstərilib.

Paylaş:
Digər xəbərlər

DÇ

20-11-2022, 17:0

Qətərin tələbi yerinə yetirildi

Dünya futbolu

15-12-2022, 18:0

32 komandalı KDÇ baş tutmayacaq?

Dünya futbolu

22-11-2022, 11:0

Platini Qətərə dəvət almayıb

Aktual
Azərbaycanın bayramı: nə ləzzətli idi!
Gecənin yekunu: “Qarabağ” 6 xal toplayan altı komandadan biridi!
Abubakardan “Neftçi”yə yar olmaz
Favorit “Kopenhagen”di, ancaq... – azı 3 qol vurulacaq?
"Kopenhagen" "Tofiq Bəhramov"un problemini rəsmi saytında ictimailəşdirdi!
Ayxan Abbasov necə baş məşqçi təyin olunub? – bəs İK-nın iclası?
Son xəbərlər
  • Bu gün, 01:28
    "Bu komandanın adı məni nə yorulmağa qoydu, nə də inamsız, məsuliyyətsiz olmağa..."
  • Bu gün, 01:19
    Azərbaycanın bayramı: nə ləzzətli idi!
  • Bu gün, 00:58
    Gecənin yekunu: “Qarabağ” 6 xal toplayan altı komandadan biridi!
  • Bu gün, 00:52
    “Abşeron Lions” qrup mərhələsində - Avropa Kuboku
  • Bu gün, 00:50
    Azərbaycan medal sıralamasında ikinci yerdədi - 3-cü MDB Oyunları
  • Bu gün, 00:49
    "Qarabağ" - "Kopenhagen" matçının ən yaxşısı
  • Bu gün, 00:41
    "Qarabağ" pley-off mərhələsində çıxış edə bilər" - "Kopenhagen"in baş məşqçisi
  • Bu gün, 00:38
    Prezident “Qarabağ”ı təbrik etdi
  • Dünən, 22:38
    “Qarabağ” “Kopenhagen”i məğlub etdi! - YENİLƏNİB
  • Dünən, 21:55
    “Qarabağ” və “Kopenhagen”in rəhbərləri görüşdü
  • Dünən, 21:24
    “İnanıram ki, kuboku qazanacağıq” - Aqil Nəbiyev
  • Dünən, 20:53
    ''Fənərbaxça''nın ulduzu yaşadığı evdən çıxarıldı!
  • Dünən, 20:31
    "Qarabağ" - "Kopenhagen": START HEYƏTLƏRİ
  • Dünən, 20:14
    “Barselona”ya qarşı oynaya bilməyəcək
  • Dünən, 19:56
    AFFA prezidenti millimizi təbrik etdi
  • Dünən, 19:36
    "Şəki"nin prezidenti futboldan uzaqlaşdırıldı
  • Dünən, 19:18
    "Kəpəz"ə yeni baş məşqçi təyin edildi
  • Dünən, 18:57
    Millimiz böyükhesablı qələbəylə finalda - 3-cü MDB Oyunları
  • Dünən, 18:53
    “Kəpəz”, bu da sənə stadion! - YAZI
  • Dünən, 18:00
    Abubakardan “Neftçi”yə yar olmaz
  • Dünən, 16:23
    Favorit “Kopenhagen”di, ancaq... – azı 3 qol vurulacaq?
  • Dünən, 15:56
    “Bakıda “aslanlar”ın işi asan olmayacaq” – “Kopenhagen”in saytı “Qarabağ”dan yazdı
  • Dünən, 15:35
    O da Asiyaya yollanacaq?
  • Dünən, 15:03
    "Kopenhagen" "Tofiq Bəhramov"un problemini rəsmi saytında ictimailəşdirdi!
  • Dünən, 14:42
    Ayxan Abbasov necə baş məşqçi təyin olunub? – bəs İK-nın iclası?
  • Dünən, 14:20
    “Roma” AL-in yeni rekordçusudu - İCMAL
  • Dünən, 13:59
    ''Qalatasaray'' ingilislərin və ''Liverpul''un qəniminə çevrilib!
  • Dünən, 13:47
    Millimizin Fransa ilə oyununun biletləri satışdadı
  • Dünən, 13:37
    Haarlemdən Bakıya “Qarabağ” üçün gələn adanalı kimdi?
  • Dünən, 13:25
    Çempionluğa iddialılar Binədə, autsayderlər Şamaxıda çarpışacaq - YENİLƏNİR
  • Dünən, 13:14
    “Qarabağ”ın son 43 avrokubok oyunundan heç biri qolsuz bitməyib!
  • Dünən, 12:58
    Şəhriyar Məmmədyarov iki pillə irəlilədi - FIDE reytinqi
  • Dünən, 12:36
    Bir neçə həftə “dincələcək”
  • Dünən, 12:15
    Messi şayiələrə son qoyacaq
  • Dünən, 12:01
    Boksçularımız qələbə qazandı - AÇ
Daha çox
Oxunub: 216
“Qarabağ”a şok ittiham: "Deməli, onlarla əməkdaşlıq edirsiz” - nə baş verir?!
Oxunub: 213
“Sənin üzünə təpiklə vuraram!” – Mahirin baş məşqçisi onu bu sözlərlə təhdid edib?
Oxunub: 128
İki dünya çempionatının iştirakçısı “Neftçi” yolunda! – birillik müqavilə, 500 min avro
Oxunub: 118
“Səbəb də budu ki, mən onun rəsmi agenti olmuşam” - Mahir Emreli ilə bağlı müəmmalı açıqlama
Oxunub: 100
Mahir Emreli: yenidən başla, ümidlə, eşqlə! - KÖŞƏ
Oxunub: 95
“Qarabağ” üçün tarixi fürsət: Çempionlar Liqasında növbəti 3 xalı qazanmaq olar!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə