Ben Uaytın İngiltərə millisindən ayrıldığını bilirsiniz.
Football-plus.az xəbər verir ki, bir neçə gün əvvəl yayılan xəbərdə bunun səbəbinə aydınlıq gətirilməmişdi.
İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı Uaytın şəxsi səbəblərə görə vətənə qayıtdığını xəbər vermişdi. “Arsenal”ın oyunçusunun yığmanın Qətərdəki düşərgəsini tərk etməsinin əsl səbəbi məlum olub.
“Daly Star”ın yaydığı xəbərə görə, 25 yaşlı müdafiəçi baş məşqçi Qaret Sautqeytin köməkçisi Stiv Hollandla ciddi mübahisə edib. Futbolçu komandadakı durumundan narazı olub. Meydana çıxmaq şansı qazanmayan Uayt ABŞ-la oyundan əvvəl futbolçuların yanında Hollandla dalaşmağa cəhd edib. Bundan sonra onun milli komandadan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib. Futbolçu Qətərə qayıtmayacaq.