Mançester derbisini buraxacaqlar

29.09.2022 15:48 336
Dünya futbolu
Oktyabrın 2-də İngiltərə premyer-liqasında Mançester derbisi keçiriləcək.

Football-plus.az xəbər verir ki,son çempion “Mançester Siti” əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək. Hər iki komanda prinsipial oyuna itkilərlə çıxacaq.

“Siti”nin ingilis müdafiəçisi Con Stounz Millətlər Liqasının Almaniya ilə oyununda (3:3) zədə alıb. Həmin matçda əzələ zədəsi alan “Yunayted”in müdafiəçisi Harri Maquayr da derbini buraxacaq.