MY – “Çelsi” oyunu saat 22.45-də başlayacaq. Harri Maquayr və Ceydon Sanço premyer-liqanın 34-cü turunun oyununda oynamayacaqlar. Baş məşqçi Ralf Ranqnik Sanço xəstəlik, Maquayrın isə zədə səbəbindən oyunu buraxacağını bildirib:
“Harrinin dizində problem var. O, son məşqləri buraxıb. Ceydon isə xəstələnib. Onun da meydana çıxmaq imkanı olmayacaq”.

