"Aston Villa" yanvarda heyətinə yeni oyunçu qatmağı düşünür.
Football-plus.az xəbər verir ki, İngiltərə təmsilçisi transfer pəncərəsində "Vilyarreal"ın hücumçusu Samuel Çukvuesi rənglərinə bağlamaq istəyir. Birmingem klubunun yeni baş məşqçisi Unay Emeri futbolçunu komandasına dəvət etmək niyyətindədi.