• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real”ın haqqı yeyilib, yoxsa madridlilər boşuna hay-küy salır?

Dünya futbolu / Manşet

5-11-2022, 12:0

“Real” oktyabrın 19-da ölkə çempionatının 10-cu turunda səfərdə “Elçe”ni 3:0 hesabıyla darmadağın etdi.

Football-plus.az xəbər verir ki, görünür, məhz bu məqam, yəni böyükhesablı qələbə üzündən madridlilərin üç qolunun sayılmaması o qədər də diqqəti çəkmədi. Ancaq ötən ayın son günündə - “Jirona” ilə oyunda yaşananlar madridlilərin düşərgəsində gərginlik yaradıb. Klub rəsmiləri, məşqçi korpusu və futbolçular belə düşünür ki, haqsızlığa məruz qalıblar. Yəni “Real”ın qapısına heç nədən penalti təyin olunub, üstəlik Rodriqonun 89-cu dəqiqədə vurduğu qol əsassız yerə sayılmayıb. Guya madridlilərin oyunlarında hakim səhvləri artıq tendensiya xarakteri alır. Niyyət də odu ki, “Barselona”ya həyat vermək, “Real”dan çox geri düşməsini əngəlləmək lazımdı. Kəsəsi, Madrid düşərgəsinin fikrincə, “Real”ın “Osasuna” (oktyabrın 2-də keçirilən oyun 1:1 bitib) və “Jirona” ilə oyunlardakı iki heç-heçəsi hakimlərin kataloniyalılara hədiyyəsidi. Aşağıdakı yazıda malaqalı referi Melero Lopesin “Real” – “Jirona” oyunundakı həlledici qərarlarına toxunacağıq.

Beləliklə, “Real” cari mövsümdə 2-ci dəfə ev oyununda xal itirdi. Madridlilər hakim qərarlarının nəticəyə təsir etməsi ilə bağlı iddialarında nə dərəcədə haqlıdı?

“Real”ın qapısına penalti: mübahisəli təfsir

İspaniya çempionu 70-ci dəqiqəyə qədər Kataloniyadan olan qonaqların qapısına yol tapa bilmədi. Məhz həmin anda Vinisius mövsümü əla keçirən Federiko Valverdenin qapıçı meydançasına ötürməsindən yararlandı. Madridlilərin üstünlüyü uzun sürmədi. Xronometraj 79-cu dəqiqənin 16-cı saniyəsini göstərərkən “Real”ın cərimə meydançasında maraqlı hadisə baş verdi. Top Serxio Ramosun əlinə dəydi və hakim Mario Melero Lopes VAR-dan gələn siqnal əsasında monitora baxandan sonra penalti təyin etdi. Kristian Stuani penaltini qola çevirdi. Mübahisə doğuran məqamlar əllə oyun faktı və hakimin təfsiridi. Videotəkrara baxsaq, top əvvəlcə Asensionun sinəsinə, ardından çiyni səviyyəsinə qalxan sol əlinə dəyir. Bir tərəfdən, top həqiqətən səkib, ancaq hakimin qərarını doğrulayan məqam odu ki, Markonun əli qeyri-təbii vəziyyətdədi və topun “Jirona”nın oyunçusuna çatmasına mane olur. Hətta arzulayan şəxs Asensionun topa doğru mikroskopik hərəkətini də görə bilər. Məhz bu epizod “Real” düşərgəsini qəzəbləndirib. Klubun rəsmi saytında oyunla bağlı yer alan hesabat “Mübahisəli hakimlik qələbəni əlimizdən aldı” adlanır. Həmişə sakit görünən baş məşqçi Karlo Ançelotti də qəzəbini gizlədə bilməyib:

“Adətən, hakimlik haqda danışmıram, ancaq bu gün deyəcəm. Məncə, ilk vəziyyət çox sadədi: top Asensionun əlinə dəyməyib. Onunla danışdım, top sinəsinə dəyib. Onun əli həqiqətən qəribə vəziyyədə idi. O həqiqətən sol əlindən yararlansaydı, şübhə yarana bilərdi. Ancaq əlindən yararlanmadı. Sadəcə, penaltini uydurdular”.


Maraqlıdı ki, komandanın qapıçısı Tibo Kurtua “Movistar”a müsahibəsində Asensionun fərqli ifadəsinə istinad edir:

“Marko dedi ki, top əvvəlcə sinəsinə, sonra əlinə dəyib. Qəribədi. Hakimlərin mövsümdən əvvəl verdiyi izahatdan xatırlayıram ki, top bədənin başqa hissəsindən səkib ələ dəyirsə, penalti deyil. Ancaq bəzən buna görə penalti verirlər, bəzən də vermirlər. Çempionlar Liqasında belə penalti verməzdilər”.


“Real” oyunçularının qəzəbini “Marca”nın eksperti, sabiq hakim Alfonso Peres Burrul da dəstəkləyib:

“Düşünürəm ki, bu epizod penalti təyin olunmasını nəzərdə tutmur. Top əvvəlcə Asensionun sinəsinə, ardından əlinə dəyir”.


Rodriqonun qolu nədən ləğv olundu?

1:1 hesabı ilə barışmayan “Real”, təbii ki, hücumları davam etdirdi. Və 89-cu dəqiqədə Rodriqo 2-ci qolu vurdu. Daha doğrusu, Mariano Diasın cərimə meydançasına ötürməsindən sonra 3-cü cəhddə topu tora sala bildi. Ancaq hakim heç monitora baxmadan bu qolu saymadı. Təkrardan da görünür ki, Rodriqo 3-cü cəhdə qapıçı Paulo Qassaniqa artıq əlini topun üzərinə qoyandan sonra əl atıb. Bu artıq qapıçının topa yiyələnməsidi. Qaydalarda bu hal dəqiq göstərilib:

“Top qapıçının əlləri arasındadısa və ya əli ilə hansısa səth (məsələn, qazon, bədəninin hansısa hissəsi) arasındadısa, artıq qapıçı tərəfindən ələ keçirilmiş sayılır”.


Açıq-aydın görünür ki, Qassaniqa əvvəlcə topu yerə sıxır, ardından özünə tərəf çəkir və bu məqamda Rodriqo topa zərbə vurur. Düzdü, “Real” bu məqamla bağlı o qədər də çox mübahisə etmir. Ançelottinin fikirləri:

“Qassaniqanın topa nəzarət etməsi mübahisəli məsələdi. Bu sizin baxışınıza bağlıdı: qolu saymaq da olar, saymamaq da. Mən penalti daha çox təəccübləndirdi”.


700-dən artıq oyundan sonra ilk qovulma!

32 yaşlı Kroosun meydandan qovulması mübahisəli yox, təəccüb doğuran məqamdı. Almaniyalı yarımmüdafiəçi uzatma dəqiqələrində “Jirona”nın hücumunu pozduğuna görə 2-ci sarı vərəqəni aldı ki, bu da avtomaik “qırmızı”ya çevrildi. Və bu Kroosun karyerasındakı ilk qırmızı vərəqədi! Bəli, Toni peşəkar karyerası boyunca keçirdiyi 700-dən artıq oyunda bir dəfə də belə sərt cəzalanmamışdı. Düzdü, çox uzaq keçmişdə - 2007-də “Bavariya”nın gənclər komandasında oynayarkən hakimin qəzəbinə tuş gəlib. Onda münhenlilərin rəqibi bu gün “Qarabağ”a gücünü göstərməyə çalışacaq Kristian Ştrayxın çalışdırdığı “Frayburq”un gənclər komandası idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

31-10-2022, 17:0

"Real Madrid" futbolçuları hakimdən narazılıq etdi

---

3-10-2022, 10:0

"Real" "Osasuna" ilə oyunda xal itirdi

Dünya futbolu

10-08-2022, 14:0

“Real”dan “Jirona”ya keçdi

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Dünya futbolu

7-05-2022, 20:0

Şmeyhel “Real”ı finala layiq bilmir

Dünya futbolu

1-11-2022, 10:0

Karyerasında ilk dəfə...

Aktual
“Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
Çempion bəllidi, 2-ci yerə iki namizəd var
Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
"Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
Azarkeşlər və media üçün açıq məşq: “Sabah” və “Qarabağ”, nə deyirsiz?
Son xəbərlər
  • Bu gün, 18:51
    “Yusif İmanov cəzalanacaq” - Azər Bağırov
  • Bu gün, 18:33
    "Kəpəz" uduzdu, "Sumqayıt" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 18:25
    “Bu gün oyun haqda danışaq” – Jorj Kaşkilya
  • Bu gün, 18:14
    “Kəpəz” azarkeşləri və Yusif İmanov arasında qalmaqal
  • Bu gün, 17:09
    "Sumqayıt" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Bu gün, 16:38
    Millinin üzvlərinə xatirə hədiyyəsi təqdim olundu
  • Bu gün, 16:17
    Mikelsin üz sümüyü qırılıb
  • Bu gün, 15:18
    Ayxan Abbasov gedir, “Şamaxı” rəhbərliyi qəbul etmək istəmir
  • Bu gün, 14:57
    "Kəpəz" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 14:26
    Çempion bəllidi, 2-ci yerə iki namizəd var
  • Bu gün, 13:55
    Nərimanın komandası uduzdu
  • Bu gün, 13:24
    Əziz Yıldırım ''Fənərbaxça''nın transfer siyasətini yıxıb sürüdü
  • Bu gün, 12:53
    Əli Bəşirovun harda zədələndiyi bəlli oldu – Aftandil Hacıyevdən açıqlama
  • Bu gün, 12:22
    "Qızlar bütün tapşırıqları yerinə yetirdi" - millimizin məşqçisi
  • Bu gün, 11:51
    Salah ilə Robertsonu kimlər müşayiət edəcəklər?
  • Bu gün, 11:20
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 10:59
    25 illik həsrətə son qoydular
  • Bu gün, 10:28
    "Beşiktaş'' 6 milyon avroya aldığı futbolçu ilə vidalaşır
  • Bu gün, 09:57
    Arzuolunmaz kürəkən... – REPLİKA
  • Bu gün, 00:15
    "Bəlkə, oyunçularımın yaşam tərzlərini daha çox incələməliyəm" - Qurban Qurbanov
  • Dünən, 23:57
    “Real”ı kimlər tərk edəcəklər?
  • Dünən, 23:27
    "Oyunçularım boşluqları bağladı, rəqib heç nə ilə yadda qalmadı" - Valdas Dambrauskas
  • Dünən, 22:58
    İtaliyalı ulduz ''instaqram''ın ulduzunu söhbətə çağırdı və... səhvini etiraf etdi
  • Dünən, 22:37
    Dilinin bəlasına düşdü
  • Dünən, 22:01
    “Liverpul”u tərk etməyəcək
  • Dünən, 21:09
    Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı
  • Dünən, 20:58
    "Motor" yenə uduzdu, Renat şans qazanmadı
  • Dünən, 20:37
    ''Zenit'' Türkiyə çempionatından daha bir oyunçuya göz qoyub
  • Dünən, 20:16
    Dünya kubokunda mübarizə aparacaq boksçularımız - ADLAR
  • Dünən, 19:55
    "Tofiq Bəhramov"da 11 boş sektor: tribunalarda cəmi 17830 tamaşaçı var... - FOTOLAR
  • Dünən, 19:24
    Milli Andorraya yenə qalib gəldi
  • Dünən, 19:00
    "Bəhramov"da izdiham: uzun növbələr, bilet almağa məcbur qalan xanım azarkeşlər... - FOTOLAR
  • Dünən, 18:56
    "Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirdi" - Fizuli Məmmədov
  • Dünən, 18:35
    "Qarabağ" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:55
    "Futbolçular daha məsuliyyətli olmalıdı" - Ayxan Abbssov
Daha çox
Oxunub: 255
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 241
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 230
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 170
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 159
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 144
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə