İspaniya çempionatının “Jirona” ilə oyunu (1:1) Toni Kroos üçün uğursuz alınıb.
Football-plus.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi son dəqiqələrdə ikinci xəbərdarlığa görə meydandan qovulub.
Maraqlıdı ki, 32 yaşlı almaniyalı futbolçu karyerasında ilk dəfə qırmızı vərəqə alıb. Toni bu səbəbdən La Liqanın noyabrın 7-nə təyin olunan “Rayo Valyekano” ilə oyununu buraxacaq.