• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yuventus”un səviyyəsini aşağı salan səbəblər - TƏHLİL

Dünya futbolu / Manşet

5-11-2022, 11:0

İtaliya futbolunda 9 illik hegemonluğu (komanda 2012-20-ci illərdə ölkə çempionu olub) başa çatandan sonra “Yuventus”un indi düşdüyü vəziyyət çox düşündürücüdü.

Football-plus.az xəbər verir ki, zarafat deyil, nəhəng klub sözün həqiqi mənasında ortabab ambisiyaya malik komandanı xatırladır...

Mövcud vəziyyət

Çoxları “qoca sinyora”nın, nəhayət, bu mövsüm milanlıların çempionatdakı hakimiyyətinə son qoya biləcəyini güman edirdi. Lakin mövcud vəziyyət ağlagəlməz dərəcədə ciddidi. “Ağ-qaralar” hazırda A seriyasında 12 oyuna 22 xalla 7-ci yeri tuturlar. “Yuventus”un lider “Napoli” ilə xal fərqi 10-a bərabərdi.

Beynəlxalq arenadakı vəziyyət isə daha pisdi. Artıq “Yuventus” üçün Çempionlar Liqasında (ÇL) mübarizə erkən başa çatıb. Qrup mərhələsində keçirdiyi ilk 5 oyunda 1 qələbə qazanıb 4 dəfə uduzan komanda 2013/14 mövsümündən sonra ilk dəfə pley-offdan kənarda qalıb.

Problemlər

Göründüyü kimi, nəticələr olduqca pisdi. Halbuki rəhbərlik yayda kifayət qədər fəal transfer kampaniyası həyata keçirmişdi. Zarafat deyil, Pol Poqba ikinci dəfə azad agent kimi Turinə gətirilmiş, eyni statusa malik Anxel Di Mariya ilə müqavilə bağlanmışdı. Üstəlik Federiko Kyeza məhz bu yay “Fiorentina”dan birdəfəlik alınaraq “Yuve”nin tamhüquqlu oyunçusuna çevrilmişdi. Transfer əməliyyatları heç də bunlarla bitməmişdi: “Ayntraxt”dan (Frankfurt) Filip Kostiç, “Marsel”dən Arkadiuş Milik, “Torino”dan isə Qleyson Bremer gəlmişdi. Massimiliano Alleqri bosslardan o ki var razılıq edirdi. Lakin...

Yaxşı deyiblər ki, “sən saydığını say, gör fələk nə sayır”. Avqustda keçirilən sınaq matçlarından birində Poqba zədələndi. Elə həmin ay bu ilin əvvəlindən zədəli olan Kyezanın yaşıl meydana bir də dekabrda qayıda biləcəyi məlum oldu. Belə vəziyyətdə Alleqrinin yeni mövsüm üçün qurduğu oyun planına böyük ölçüdə zərbə dəydi. Komandaya yaxın keçmişdə 5 dəfə skudetto qazandıran mütəxəssis yeni oyun modelini məhz Poqba üzərində qurmağı planlaşdırırdı. Hücum əməliyyatlarında Kyeza ilə Di Mariya cinahlarda fəal rol oynamalı, beləcə Vlahoviç hər tərəfdən ötürmələrdə təchiz olunmalı idi. A seriyasında əla debüt edən Di Mariyanın zədəyəmeyilli olması və mövsümün əvvəlindən kifayət qədər oyun buraxması problemləri daha da artırdı. Qısası, Alleqrinin “A” planının ilin sonuna qədər alınmayacağı məlum oldu. Təcrübəli çalışdırıcı çoxsaylı problemlərin fonunda “B” planı qurmağa məcbur idi. Ancaq ikinci variant indiyə qədər effekt vermir.

Bunun səbəbləri isə “subyektiv” təyini ilə ifadə olunmalıdı. Ona görə ki, ötən mövsüm A seriyasının ən yaxşı müdafiəçisi seçilən Bremer artıq çəkidən əziyyət çəkdiyi üçün topla rəftarı ideal səviyyədən uzaqdı. Aleks Sandro ilə Xuan Kuadrado zəif formada olsa da, onların layiqli əvəzediciləri yoxdu. Leonardo Bonuççi böyük ehtimalla yaş amilinə görə əvvəlki kimi oynaya bilmir. “Yuve”nin digər ciddi problemi fiziki hazırlıqla bağlıdı. Komanda əksər oyunlara çox yaxşı başlasa da, fasilədən, daha dəqiq desək, 70-ci dəqiqədən sonra tempə davam gətirə bilmir. Həm müdafiədə, həm də hücumda çıxış edənləri “sığortalayanlar” tapılmır. Sanki hər kəs özü üçün oynayır. Bu səbəbdən yaradıcılıq və dağıdıcılıq planlarında ciddi axsama qaçılmaz olur. Televiziya vasitəsilə aydın görünməsə də, tribunadan baxarkən sonuncu müdafiəçi ilə hücumçu arasındakı məsafənin təxminən 60-70 metr olduğu nəzərə çarpır. Təbii ki, Alleqri bunu yaxşı bilir və görür, futbolçulardan meydanda kompakt oynamağı tələb edir. Ancaq bunun üçün konkret oyunda və məqamda ifaçılar lazımdı. Çox müxtəlif səbəblərdən effektli oyunçu qıtlığı qaçılmaz olur. Nəzərə alaq ki, bu mövsümdən əsas komandaya Federiko Qatti, Fabio Miretti, Nikolo Facoli, Matias Sule və Semuel Aylinq kimi yeniyetmə və gənclər cəlb olunub. Onlar isə təbii ki, təcrübəsizlikdən əziyyət çəkirlər.

Rəhbərliyin mövqeyi

Mövcud nəticələrin fonunda ağla baş məşqçinin qovulmasının zəruriliyi gəlir. Ancaq rəhbərlik indiyədək Alleqriyə dəstək verir. Çox uzağa getməyib Pavel Nedvedin son açıqlamasını xatırlatmaq olar. Vitse-prezident Antonio Kontenin “Tottenhem”dən Turinə dönə biləcəyi ilə bağlı xəbərlərə reaksiya verərkən bu tip şayiələrin hazırkı vəziyyətdə normal olduğunu desə də, Alleqriyə əvəzləyici axtarılmadığını vurğulayıb. Prezident Andrea Anyelli də bir dəfə olsun, məşqçinin istefaya göndərilməsinin mümkünlüyü ilə bağlı fikri dilinə gətirməyib.

Amma yerli mənbələrin ortaya qoyduğu bu məqamı da qeyd etməmək olmur. Don Massimilianonun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Onun indi qovulması isə vergilər nəzərə alınmadan 21 milyon avro təzminata başa gələ bilər. ÇL-də mübarizəni qrupda dayandırmaqla təxminən bu qədər itki ilə üzləşən klubun çalışdırıcıya qapını göstərməyə tələsməməsini anlamaq olar...

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-05-2022, 13:0

"Yuventus"dan 11 ilin antirekordu

Dünya futbolu

25-09-2022, 15:0

“Yuventus”da istefa gözlənilir?

Dünya futbolu

10-05-2022, 16:0

“Yuventus” finalda “İnter”ə uduzsa belə...

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə